Icma.az
close
up
RU
Deputata məxsus olduğu iddia edilən mal bazarı ilə bağlı YENİ DETALLAR ORTAYA ÇIXDI VİDEO

Deputata məxsus olduğu iddia edilən mal bazarı ilə bağlı YENİ DETALLAR ORTAYA ÇIXDI VİDEO

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, bir müddət öncə İmişlinin Nurulu kəndində deputat Razi Nurullayevə məxsus olduğu iddia edilən mal bazarının tikintisi mətbuatın gündəminə gəldi və mövcud narazılıqlar nəzərə alınaraq tikinti dayandırıldı. Məsələ bundan ibarətdir ki, həmin mal bazarı kəndlilərin örüş-otlaq sahələri zəbt edilməklə aparılırdı. 
Məlum olduğu kimi örüş sahəsində hər hansı kommersiya və ya digər məqsədlə tikinti işləri görmək ciddi qanun pozuntusu hesab olunur. Ona görə ki, torpağın təyinatının dəyişdirilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin razılığı ilə Baş nazir tərəfindən verilən xüsusi sərəncam əsasında həyata keçirilə bilər.
Örüş sahələrinin zəbt edilmsi ilə bağlı Sitat.info-ya müraciət edən şikayətçilər bildiriblər ki, iki gündür  mal bazarında tikinti işləri təkrar davam etdirilir. Yarımçıq qalan işlər tamamlanır. Bazarın tikintisinin davam etdirilməsinə kim və necə icazə verib, bu barədə nə mətbuatda, nə də İmişli Rayon İcra Hakimiyyətinin saytında bir açıqlama yoxdur. 


Şikayətçilərin sözlərinə görə, deputat Razi Nurullayevin yaxın adamı, seçki kampaniyasında fəal iştirak edən  Seymur Xudiyev son günlər Tiktok sosial şəbəkəsində canlı yayın açaraq, mal-bazarının tikintisinin başa çatmaq üzrə olduğunu elan edir. Həmin şəxsin mal bazarında, tikinti aparılan ərazidə çəkdiyi videoları eyni adlı səhifəsindən də izləmək mümkündür. S.Xudiyev videolarda  ərazidəki tikintilərin təyinatını izah edir, hansı işlərin aparıldığı barədə məlumatlar verir. Onun sözlərinə görə, mal bazarının ətrafında restoranlar, heyvanların saxlanılması üçün yer və sair mövcuddur. 
Qeyd edək ki, Seymur Xudiyev Xələfli kənd bələdiyyəsinin sabiq sədridir. Seçki dövründə də Razi Nurullayevin təbliğat kampaniyasında fəal iştirakına dair kifayət qədər fotolar var. Seymur Xudiyevin profilində millət vəkili Razi Nurullayev və deputatın köməkçiləri ilə fotoları var.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Noyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri