Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Kredit borcu az olanlarla bağlı gəlişmə Ölkədən çıxışa…

Kredit borcu az olanlarla bağlı gəlişmə Ölkədən çıxışa…

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Natiq Cəfərli: “İcra strukturlarının belə qadağalar qoyması doğru deyil”
“Mülki Prosessual Məcəllənin 231-ci maddəsində borclu anlayışı dəqiqləşdirilir. Bununla yanaşı, bu anlayışın daha da dəqiqləşdirilməsi, o cümlədən fiziki və hüquqi şəxslər üzrə meyarların müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Belə ki, bir sıra ölkələrin qanunvericiliyində olduğu kimi, fiziki şəxslər üzrə ölkədən çıxış hüququnun məhdudlaşdırılması zamanı kredit borcu üzrə limitlər tətbiq edilə və sözügedən məcəllədə öz əksini tapa bilər”.

 Tribunainfo.az xəbər verir ki, Deputat Vüqar Bayramov parlamentdə belə deyib.

“Həm problemli kreditlərin, həm də qeyri-işlək kreditlərin həcmində artımlar var. Bu baxımdan, nisbətən az kredit borcu olan vətəndaşlarımız üçün qadağaların müəyyənləşdirilməsi tövsiyə olunandır. Məsələn, cəmi 200 manatadək kredit borcu olan vətəndaşların ölkədən çıxışının məhdudlaşdırılması problemli kreditlərin həcminin azalmasına səbəb olmayacaq. Əksinə, bu sahədə təşviq kiçik borcların daha qısa zamanda qaytarılmasına səbəb ola bilər. O baxımdan, 231-ci maddədə fiziki şəxs olan borclular üzrə minimumların müəyyənləşdirilməsini təklif edərdim”, – deputat qeyd edib.

O, problemli kreditlərinin həcminin artdığını nəzərə alaraq müzakirə edilən dəyişiklikdə fiziki şəxslər üzrə təşviq, hüquqi şəxslər üzrə isə inzibati meyarların dairəsinin genişləndirilməsini təklif edib: “İcra haqqında” Qanunun 4-cü maddəsində isə “elektron pul təşkilatları” sözləri ilə yanaşı, “və digər ödəniş təşkilatları” sözlərinin əlavə olunması təklif edərdim. Mərkəzi Bank tərəfindən 18  təşkilata elektron pul emissiyası üçün lisenziyalar verilib. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən ödəniş təşkilatlarının dairəsi daha da genişlənə bilər. Oxşar olaraq, həmin qanunun 5, 23, 45, 46, və 83-cü maddələrində də bunun öz əksini tapmasını təklif edərdim”.

Natiq Cəfərli

Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri, iqtisadçı Natiq Cəfərlinin fikrincə, vergi yaxud kredit borcuna görə ölkədən çıxış qaydası məhkəmə yolu ilə müəyyənləşməlidir. “Yeni Müsavat”a şərhində Natiq Cəfərli bildirdi ki, icra strukturlarının belə qadağalar qoyması doğru deyil: “Azərbaycan Konstitusiyasına görə Azərbaycan vətəndaşlarının sərbəst hərəkət hüququ var. Bu hüququ isə yalnız məhkəmə qaydasında məhdudlaşdırmaq mümkündür. Mən daha yumşaq tədbirlərin tərəfdarıyam. Əgər bankların kredit borcuna görə iddiası varsa, bu iddia ilə məhkəməyə müraciət etməli, vətəndaşların səbəbləri dinlənildikdən sonra məhdudiyyət tətbiq olunub-olunmamasına məhkəmə qərar verməlidir. Çox zaman bu inzibati qaydada tətbiq olunur. Mən bunu doğru hesab etmirəm. Ölkədən çıxış qadağası müəyyən dərəcədə vətəndaşların kredit borcunu qaytarmasına təşviq etsə də, bu, hüquqi çərçivədə olmalıdır. Hüquqi çərçivədə qərarı isə yalnız məhkəmə verə bilər. Bu, məhkəmələrin yükünü artıra bilər, amma istənilən halda hüquqi akta ehtiyac var. İcra strukturları istənilən şəxsə istədiyi qadağanı qoya bilməz. Bəlkə, borc ödənişini gecikdirən vətəndaşın əsaslı səbəbləri olub?!”

Əkrəm Həsənov

Hüquqşünas Əkrəm Həsənov isə qeyd etdi ki, mövcud qanunvericiliyə görə, borca dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı ola-ola onu ödəməyən şəxsin ölkədən çıxışına qadağa qoyulur:

“Yalnız üzrsüz səbəbə görə borc ödənmədikdə ölkədən çıxışa qoyulur. Konstitusiya Məhkəməsinin üzrsüz hallara dair şərhi var. Təcrübədə şəxsin banka yaxud başqa şəxsə borcu varsa, borcu tam ödəyə bilmirsə, yaxud hissə-hissə ödəyirsə, icra məmuru məhkəməyə şəxsin ölkədən   çıxışına qadağa qoyulması ilə bağlı təqdimat verir. Qanunvericiliyə görə, təqdimat yalnız borc üzrsüz səbəbə görə ödənilmədikdə verilə bilər. Lakin bunu sübut etmək lazımdır. Görünən odur ki, parlamentin qəbul etdiyi qərarlar icra olunmur. Təcrübə qanunlara ziddir, amma icra məmurlarının davranışı cəmiyyətdə norma kimi qəbul edilib”.

“Yeni Müsavat”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:387
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 03 May 2025 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri