Icma.az
close
up
RU
Deputatdan sürücülər və cərimələrlə bağlı maraqlı təklif

Deputatdan sürücülər və cərimələrlə bağlı maraqlı təklif

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Yollarda nişanlama və yol nişanları məsələsi bizdə çox vaxt təzə asfalt çəkildisə qoyulur. 

O da əslində çox qısqanclıqla. Rayonlara, kəndlərə gedən elə yollar var ki, nə yol xətləri görünür, nə yaşayış məntəqəsinin adı var, nə də istiqamət göstərən lövhə. Sürücü yolu soruşa-soruşa gedir. Turist isə azır.

Xaricdə hamımız olmuşuq. Orada xəritə açmadan belə, yoldakı işarələrlə rahat hərəkət etməm mümkündür. Hansı yoldan dönməli olduğunu, neçə kilometrdən sonra hansı məntəqəyə çatacağını lövhələr deyir. 

Yolları yol işarələri və məntəqə adları bəzəyir. Qətiyyən nə GPS lazımdır, nə də xəritə. Bizdə isə çox vaxt sürücü son anda dönməli olduğu yolu görmür, çünki nişan, ad yoxdur. 

Lövhənin olmaması sürücüyə vaxt itirir, qəzaya səbəb ola bilir, turistin ölkə haqqında təəssüratını korlayır".

"Cebheinfo.az" xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat problemin həlli üçün bir neçə təklif səsləndirib:

"Birincisi, yalnız yeni yollar yox, köhnə yollar üzrə də  lazımi infrastruktur proqramı təcili həyata keçirilsin. İkincisi, bütün yaşayış məntəqələrinin giriş-çıxışlarında ad lövhələri məcburi standart kimi qoyulsun.

Üçüncüsü, turist marşrutları üzrə yol nişanları ayrıca, beynəlxalq standartlara uyğun və aydın formada olsun. Sürücü yolda çaşmamalıdır. Turist azmamalıdır. Vətəndaş öz ölkəsində yolunu soruşmaq məcburiyyətində qalmamalıdır. Yol nişanları lüks deyil, təhlükəsizlik və mədəniyyət göstəricisidir". 

R.Nurullayev əlavə edib ki, son dövrlər yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin sərtləşdirilməsi və bal sisteminin tətbiqi cəmiyyətdə ciddi narazılıq yaradıb:

"Qaydalara qarşı deyiləm. Qayda olmalıdır, intizam olmalıdır. Amma sual budur: biz problemi doğrudanmı həll edirik, yoxsa sadəcə, vətəndaşı sıxışdırırıq?

Bir neçə ayın içində 20 bal yığılıb sürücülük vəsiqəsi əlindən alınan minlərlə insan var. Bu adamların alternativi yoxdur. İctimai nəqliyyat hər yerdə əlçatan deyil, regionlarda isə sürücülük bəzən ailənin dolanışığı deməkdir. İnsanlara alternativ və seçim imkanı yaratmadan cərimə ilə yükləmək ədalətli deyil.

Əgər məqsəd təhlükəsizlikdirsə, onda yol nişanları, yol xətləri, işıqlandırma, piyada keçidləri, ağıllı nəzarət sistemlərini inkişaf etdirməliyik. 

Təklif edirəm ki, cərimə siyasəti paralel olaraq real infrastruktur islahatları ilə müşayiət olunsun. Əks halda, bu yanaşma yol təhlükəsizliyini artırmayacaq, sadəcə, tətbiq olunan cərimələr və inzibati cəzalar  cəmiyyətdə narazılığı dərinləşdirəcək".

Vilayət Muxtar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Fevral 2026 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri