Icma.az
close
up
RU
Deputatdan təklif: TÜRKPA da təhlükəsizlik çağırışlarına qarşı müdafiə strategiyası hazırlansın

Deputatdan təklif: TÜRKPA da təhlükəsizlik çağırışlarına qarşı müdafiə strategiyası hazırlansın

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Son dövrlərdə dünyada geosiyasi gərginliklər artıb, regional münaqişələr və qeyri-ənənəvi təhlükəsizlik təhdidləri gündəmə gəlib. Bu vəziyyət bizləri daha yaxın əməkdaşlığa, birgə müdafiə strategiyalarına və effektiv təhlükəsizlik əməkdaşlığına çağırır. Türk dövlətləri olaraq biz bu təhdidləri yalnız birlikdə aradan qaldıra bilərik. Bu baxımdan, mən bugünkü toplantımızda bir neçə təkliflə çıxış etmək istəyirəm".

Oxu.Az xəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova Türk Dövlətləri Təşkilatının Parlament Assambleyasına (TÜRKPA) üzv ölkələrin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələrinin sədrlərinin ikinci iclasında çıxışı zamanı deyib.

O təklif edib ki, TÜRKPA ölkələri arasında ortaq təhlükəsizlik çağırışlarına qarşı müdafiə və təhlükəsizlik strategiyası hazırlansın:

"Hesab edirəm ki, bu strategiya regiondakı əsas təhdidləri nəzərə alaraq birgə müdafiə siyasətinin formalaşdırılmasına öz töhfəsini verəcək. Hibrid təhdidlər, terrorizm və kiberhücumlar kimi təhlükələrə qarşı ortaq yanaşmaların müəyyən edilməsi məqsədilə bu strategiya üzv ölkələr arasında koordinasiyanı təmin edəcək".

"Bundan başqa, təklif edirəm ki, komitələrimiz arasında daha sıx əməkdaşlığımızla bağlı saziş imzalansın. Bu sazişlə Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı üzrə Koordinasiya Şurası da yaradıla bilər. Komitə rəhbərləri və əsas üzvlərdən ibarət olacaq şura mütəmadi iclaslar vasitəsilə regional təhlükəsizlik gündəliyini və strateji qərarlar qəbul etsinlər. Alt işçi qrupları (kiber təhlükəsizlik, sərhəd təhlükəsizliyi və s.) fəaliyyət göstərsin.

Hesab edirəm ki, bu Koordinasiya Şurasının yaradılması, təkcə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək deyil, eyni zamanda, parlament diplomatiyasının mühüm bir elementi kimi regional sabitliyə və sülhə töhfə verəcək. Eyni zamanda, dövlətlərin milli maraqlarını qorumaqla yanaşı, ortaq təhlükəsizlik mühitinin formalaşmasına da şərait yaradacaq, - deyə deputat vurğulayıb.

O, digər təklifinin qanunvericilik bazalarının uyğunlaşdırılması ilə bağlı olduğunu bildirib:

"Bununla əlaqədar ortaq hüquqi elektron portal da yaradıla bilər. Bu portal vasitəsilə təcrübə və məlumat mübadiləsi təşkil oluna bilər".

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Aprel 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri