Icma.az
close
up
RU
Deputatdan təklif: Uşaq alveri ilə bağlı cinayət məsuliyyəti daha sərt xarakter daşımalıdır

Deputatdan təklif: Uşaq alveri ilə bağlı cinayət məsuliyyəti daha sərt xarakter daşımalıdır

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"İnsan alveri insan ləyaqətinin, hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olan ağır cinayətdir. Bu, yalnız fərdi deyil, eyni zamanda milli təhlükəsizliyə və cəmiyyətin mənəvi dəyərlərinə qarşı yönəlmiş ciddi təhdiddir. Azərbaycan bu sahədə hüquqi və institusional baza formalaşdırıb, milli və beynəlxalq öhdəliklərə uyğun şəkildə fəaliyyəti təmin edib. Lakin yeni geosiyasi dəyişikliklər, əmək miqrasiyası, rəqəmsal texnologiyaların sürətli inkişafı və münaqişələr yeni çağırışlar yaradır və insan alverinə qarşı mübarizədə daha çevik, qabaqlayıcı yanaşmaları zəruri edir".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Elçin Mirzəbəyli deyib

O daha sonra təkliflə çıxış edib:

"Zənnimcə, Cinayət Məcəlləsinə insan alverinin spesifik formaları - məcburi evlilik, reproduktiv istismar və digər bu kimi məqamlar ayrıca cinayət tərkibi kimi daxil edilməlidir. Uşaq alveri və istismarı ilə bağlı cinayət məsuliyyəti daha sərt və çəkindirici xarakter daşımalıdır. İnsan alverinə yardım edən və ya ondan qazanc götürən hüquqi şəxslərin məsuliyyəti konkretləşdirilməli, ciddi hüquqi mexanizmlərlə tənzimlənməlidir. Qurbanların hüquqlarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati sanksiyalar sərtləşdirilməli, əmək və miqrasiya münasibətlərində istismarın qarşısını alan mexanizmlər gücləndirilməlidir.

"İnsan alverinə qarşı mübarizə haqqında" Qanunda qurban anlayışı genişləndirilməli, daxili insan alveri xüsusi hüquqi kateqoriya kimi tanınmalı, erkən nikahlar, məcburi əmək və sosial istismarla bağlı ayrıca bölmələr əlavə olunmalıdır. Reabilitasiya və sosial müdafiə tədbirləri, hüquqi və psixoloji dəstək mexanizmləri qanunvericilikdə dəqiq şəkildə əks olunmalı, bu sahədə qeyri-peşəkar müdaxilələrin qarşısı alınmalıdır".

"Hüquq-mühafizə orqanlarının əməkdaşları, sərhədçilər və əmək müfəttişləri üçün ixtisaslaşdırılmış təlimlər mütəmadi təşkil olunmalı, ilkin identifikasiya və müdaxilə prosedurları standartlaşdırılmalıdır.

Regionlarda sığınacaq və reabilitasiya mərkəzlərinin şəbəkəsi genişləndirilməli, onların davamlı maliyyələşməsinin təmin olunması istiqamətində imkanlar nəzərdən keçirilməlidir. Qurbanlara pulsuz hüquqi yardım, psixoloji xidmət və sosial reinteqrasiya tədbirləri vahid dövlət mexanizmi çərçivəsində daha sistemli şəkildə həyata keçirilməlidir.

Məlumatların mərkəzləşdirilmiş və inteqrasiya olunmuş elektron bazası yaradılmalı, dövlət qurumları arasında informasiya mübadiləsi rəqəmsal əsasda və vahid platforma üzərindən təşkil olunmalıdır. Transmilli insan alveri ilə mübarizədə readmissiya, qurban mübadiləsi və istintaq əməkdaşlığı üzrə beynəlxalq hüquqi bazanın əhatə dairəsi genişləndirilməli, xüsusilə xaricdə işləyən vətəndaşlarımızın hüquqları diqqət mərkəzində saxlanılmalıdır.

Rəqəmsal platformalar və sosial şəbəkədə insan alveri risklərinə qarşı texnoloji nəzarət alətləri tətbiq olunmalı, qanunvericilikdə bu sahəyə dair konkret mexanizmlər müəyyən edilməlidir. Təhsil müəssisələrində insan alveri ilə mübarizəyə dair kurikulumlar hazırlanmalı, gənclər arasında maarifləndirmə və profilaktik tədbirlər davamlı olaraq həyata keçirilməlidir.

Xaricdə işə düzəltmə fəaliyyəti göstərən vasitəçi agentliklər lisenziyalaşdırılmalı və ciddi nəzarət rejiminə tabe edilməli, qeyri-qanuni vasitəçilik fəaliyyəti sərt cinayət məsuliyyəti yaratmalıdır", - deyə deputat əlavə edib.

Məhərrəm Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 May 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri