Deputatın “dadlı biznesi” Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir
Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Deputatın “dadlı biznesi” – Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir.
Milli Məclisin deputatı, parlamentin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov Bakıda yeni biznes fəaliyyətinə başlayıb.
Hurriyyet.az xəbər verir ki, deputat paytaxtın mərkəzində “Friends Central Perk Baku” adı ilə kafelər şəbəkəsi qurub.
Mənbənin iddiasına görə, kafe şəbəkəsi sənədlərdə deputatın yaxın adamlarından birinin adına rəsmiləşdirilsə də, faktiki sahibi elə Şahin İsmayılovun özüdür.
Hazırda “Friends Baku” brendi ilə şəhərin müxtəlif mərkəzi nöqtələrində – 4 ünvanda fəaliyyət göstərən bu obyektlər əsasən kofe evi (kofeşop) formatında işləyir və daha çox bahalı seqmentə xitab edir. Bildirilir ki, bu kafelərdən biri paytaxtın tam mərkəzində, M.Rəsulzadə küçəsində, “Tarqovu”da yerləşir.
Qeyd olunur ki, deputat özü də bu məkanlarda tez-tez həmkarları ilə birgə istirahət edir.
Editor.az məsələ ilə bağlı Şahin İsmayılovun mövqeyini öyrənmək üçün ona sorğu göndərib. Lakin deputat gün ərzində müraciətə cavab verməyib.
Editor.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 28 İyul 2025 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















