Deputatlar Anım Günündə Zəfər abidəsini ziyarət edəcəklər
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Milli Məclisin deputatları 27 sentyabr – Anım Günü ilə əlaqədar Zəfər abidəsini ziyarət edəcəklər.
Modern.az xəbər verir ki, deputatlar sentyabrın 27-də saat 10:10-da Hərbi Qənimətlər Parkında toplaşacaqlar. Onlara abidə önünə qoyulmaq üçün güllər təqdim ediləcək.
Ziyarət Vətən müharibəsinin başlanmasının altıncı ildönümü səbəbi ilə olacaq.
Qeyd edək ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları 44 günlük Vətən müharibəsinə çevrilib.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü təsis edilib. Bu gün ölkənin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi yad olunur.
Bu mövzuda digər xəbərlər:İqtisadiyyat Nazirliyi Anım Günündə Zəfər parkını ziyarət edib
27 Sentyabr 2025 15:24
Zəfər günündə Zəfər qazananlar
08 Noyabr 2024 14:44
Zəfər günündə qazanılan ZƏFƏR!
07 Noyabr 2024 23:46
Deputatlar Atatürkün Bakıdakı abidəsini ziyarət edib
29 Oktyabr 2026 10:18
Anım Günü ilə əlaqədar ƏƏSMN kollektivi Zəfər abidəsini ziyarət edib
27 Sentyabr 2026 17:38
Baxış sayı:99
Bu xəbər 23 Sentyabr 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















