Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Deputatlar isveçli həmkarlarına məktub göndəriblər

Deputatlar isveçli həmkarlarına məktub göndəriblər

Icma.az, Ayna saytına istinadən bildirir.

Parlamentarilər İsveç-Ermənistan dostluq qrupunun qərəzli bəyanatını qəbuledilməz sayıb

Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri İsveç parlamentində İsveç-Ermənistan dostluq qrupu üzvlərinə məktub ünvanlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məktubda deyilir: “Biz, Azərbaycan Respublikası Milli Məclisinin İsveç parlamenti ilə əlaqələr üzrə işçi qrupunun üzvləri, İsveç parlamentinin “İsveç-Ermənistan dostluq qrupu” kimi bu il martın 6-da qəbul etdiyiniz əsassız, qeyri-obyektiv və qərəzli bəyanatı qətiyyətlə rədd edirik. Saxta məlumatlar və yalan ittihamlar ilə dolu olan bu bəyanat reallığı təhrif etmək, Azərbaycan Respublikasının suverenliyini şübhə altına almaq, erməni separatçılarının və müharibə canilərinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri təmizə çıxarmaq üçün göstərilən rüsvayçı bir cəhddir.

Erməni lobbisinin bir hissəsi olaraq, siz Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin Ermənistan tərəfindən 30 illik işğalının, dinc azərbaycanlı sakinlərə qarşı saysız-hesabsız hərbi cinayətlərin, etnik təmizləmələrin və insan hüquqlarının kütləvi surətdə kobudcasına pozulmasının üstündən sükutla keçməyi qərara almısınız. Siz erməni silahlı birləşmələrinin törətdiyi vəhşiliklərə, Xocalı soyqırımına, günahsız insanları, o cümlədən uşaqları, qadınları və qocaları dözülməz işgəncələr verərək qəddarcasına qətlə yetirməsinə bilərəkdən göz yummağa üstünlük vermisiniz.

Beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın ağır cinayətlər, o cümlədən separatizm cinayətləri, sülh və insanlıq əleyhinə, müharibə cinayətləri, Azərbaycan dövlətinə və onun vətəndaşlarına qarşı terror aktları törətmiş şəxsləri təqib etməyə tam qanuni hüququ var. “Erməni məhbusların, o cümlədən siyasi xadimlərin və mülki şəxslərin qanunsuz şəkildə azadlıqdan məhrum edilməsi, cismani və psixoloji işgəncələrə və siyasi təqiblərə məruz qoyulması” kimi və digər qondarma ittihamlar Azərbaycan torpaqlarının işğal altında saxlanılması, şəhər və kəndlərimizin yerlə yeksan edilməsi, etnik təmizləmələr yolu ilə 750 min azərbaycanlının öz vətənində didərgin salınması və Azərbaycanın mili, mədəni və tarixi mirasının sistemli şəkildə məhv edilməsi üçün məsuliyyət daşıyan şəxslərin əməllərindən diqqəti yayındırmağa yönələn uydurmalardan başqa bir şey deyil.

İsveç-Ermənistan dostluq qrupu üzvlərinin riyakarlığı 30 illik işğal dövründə erməni qüvvələrinin zülmündən zərər çəkmiş minlərcə azərbaycanlı dinc sakinin, o cümlədən aqibəti bu günədək məlum olmayan 4 min itkinin taleyinin görməzdən gəlinməsində də özünü göstərir.

İkili standartlara əsaslanan selektiv və qərəzli yanaşma qrup üzvlərinin həqiqi niyyətinin siyasi manipulyasiyalar yolu ilə Azərbaycanı qaralamaqdan ibarət olduğunu nümayiş etdirir.

Bəyanatda müharibə canilərinin və separatçıların məsum “siyasi xadimlər və mülki şəxslər” kimi qələmə verilməsi faktların həyasızcasına təhrif edilməsidir. Adıçəkilən şəxslər hərbi əsirlər deyil, Azərbaycan qanunlarını pozmuş cinayətkarlardır və ədalətli, şəffaf məhkəmə araşdırması yolu ilə öz əməlləri üçün məsuliyyətə cəlb edilməli və cəzalandırılmalıdırlar.

Azərbaycanın məhkəmə sistemi beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir və bunun əksinin iddia edilməsi iftiradan başqa bir şey deyildir. Biz sülhü və haqq-ədaləti dəstəkləməyə deyil, gərginliyi gücləndirməyə və düşmənçiliyi qızışdırmağa yönələn rüsvayçı və qərəzli bəyanatı qətiyyətlə pisləyirik. Azərbaycan haqq-ədalətə, beynəlxalq hüquqa və regional sülh gündəliyinə sadiqdir. Heç bir xarici təhdid və müdaxilə bizim qanunun aliliyini qorumaq və ölkəmizə qarşı törədilmiş cinayətlərə görə məsuliyyəti təmin etmək əzmimizə xələl gətirə bilməz.

Hər kəs bu reallığı qəbul etməlidir ki, Azərbaycan öz xalqını və ərazisini qanunsuz işğaldan və separatizmdən qorumaq üçün suveren hüquqları daxilində hərəkət etmişdir və hərəkət edir.

Biz, Azərbaycan Respublikası Milli Məclisinin İsveç parlamenti ilə əlaqələr üzrə işçi qrupunun üzvləri, sizi əsassız ittihamlardan, haqq-ədaləti sarsıtmağa yönələn saxta iddialardan imtina etməyə çağırırıq. Müharibə canilərinin cəzasız qaldığı dövr artıq başa çatmışdır və xalqımıza, dövlətimizə qarşı cinayətlərdə təqsiri olanlara haqq qazandırmaq üçün göstərilən bütün cəhdlər boşa çıxacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://ayna.az
archiveBu xəbər 10 Mart 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see793

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see440

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see311

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see291

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see275

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see272

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see271

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see270

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see252

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see243

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see239

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see236

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see235

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see235

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see231

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see229

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see215

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see213

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see210

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri