Icma.az
close
up
RU
Deputatlar Kiprdəki azərbaycanlıların vəziyyəti ilə tanış olublar

Deputatlar Kiprdəki azərbaycanlıların vəziyyəti ilə tanış olublar

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Milli Məclisinin Şimali Kipr Türk Çümhuriyyəti (ŞKTC) ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Lefkoşaya səfəri çərçivəsində bu ölkədə yaşayan soydaşlarımızla görüş keçirib.

Modern.az xəbər verir ki, ŞKTC-dəki Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin rəhbəri Orxan Həsənoğlu AZƏRTAC-a bildirib ki, görüşdə bu ölkədə işləyən Azərbaycandan olan sahibkarlar və alimlər iştirak ediblər.

Görüş iştirakçıları mərkəzin girişində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.

Milli Məclisin işçi qrupunun rəhbəri Cavanşir Feyziyev və deputat Tural Gəncəliyev Azərbaycan ilə ŞKTC arasında dialoqun mütərəqqi inkişafından məmnunluqlarını ifadə ediblər. Kiprdə yaşayan azərbaycanlıların iki türk dövləti arasında münasibətlərin möhkəmlənməsinə töhfələri qeyd edilib.

Feyziyev Azərbaycan nümayəndə heyətlərinin ŞKTC-yə səfərlərinin bu ölkədəki soydaşlarımızın üzləşdiyi çətinliklərin həllinə də töhfə verəcəyinə əminliyini ifadə edib.

O, ŞKTC-də Azərbaycana həsr olunmuş mədəni-ictimai tədbirlərin sayının artırılması planlarından danışıb və əmin edib ki, soydaşlarımızı narahat edən məsələlər Şimali Kiprin müvafiq strukturları qarşısında qaldırılacaq.

Deputat Azərbaycanın sənədlərinin ŞKTC-də tanınmasının bu ölkədə yaşayan azərbaycanlıların sosial problemlərinin həllinə kömək edəcəyinə əminliyini ifadə edib.

Görüş iştirakçıları ŞKTC-dəki Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin fəaliyyətini yüksək qiymətləndiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Noyabr 2024 07:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri