Icma.az
close
up
RU
Deputatlar peşə təhsili sahəsində təkliflərini açıqlayıblar

Deputatlar peşə təhsili sahəsində təkliflərini açıqlayıblar

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Orta məktəblərdə peşə təhsilinə marağı olan şagirdlər var, onların da təhsilinə diqqəti artırmaq lazımdır.

APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Elnarə Akimova deyib.

Deputat bildirib ki, onların gələcəkləri məvacib, iş yerləri ilə təmin olunma ilə bağlı narahatlıqları var: “Peşə təhsilini ümumiyyətlə, pulsuz etmək çox yaxşı olardı. Bu imkanı yalnız Qarabağda sosial baxımdan imkansız şəxslərə deyil, ümumiyyətlə, peşə təhsili almaq istəyən hər kəsə yaratmaq lazımdır. Belə bir addım gənclərə böyük stimul olar. Ümidli gəncliyin olması ümidli gələcəyin qurulması deməkdir. Ümumilikdə, Qayıdışı bütün yönləri ilə stimullaşdırmaq üçün bu qanun atılmış ən mühüm addımlardan biridir, qayıdış prosesinin bütün istiqamətlərdə təmin olunması deməkdir. İnanıram ki, bu qanun peşə təhsilinin funksionallıq qazanmasına, peşə məktəblərinin bütün bölgələrimizdə bərpasına stimul olacaq”.

Deputat Fatma Yıldırım qeyd edib ki, bu gün dövlətimizin əsas siyasəti işğaldan azad olunmuş əraziləri yenidən qurmaqdır: “Kənd və şəhərlərimiz yerlə-yeksan olmuşdu. Görülən işlər isə dünyaya mesajdır ki, biz qayıtmışıq. Təhsil də burda önəmli sahələrdən biridir. Peşə təhsilinə yalnız gənclər yox, orta yaşlı insanlar da üz tuturlar. Artıq əmək bazarında özünü təsdiq etmiş şirkətlər normativlərində ixtisas sənədi tələb edir. Ona görə də artıq insanlar başa düşür ki peşə təhsili müəssisələrinə getməlidirlər. Bu gün Qarabağ və Şərqi Zəngəzur bölgəsi böyük inşaat alanı sayılır. Oradakı müəssisələr də bu peşə məktəbində təhsil almış, məzun olmuş şəxsləri işlə təmin etməlidir. Məsələn, 2021-ci ildə Bərdədə açıqlan peşə məktəbi müasir standartlara cavab verir. İnsanlar Bərdədə peşə məktəbini oxuyur, müvəffəqiyyətlə bitirir, amma hara müraciət etməlidirlər? Dövlət Məşğulluq Agentliyinin nümayəndələri bildirir ki, çoxlu vakansiyalar var. Mən belə millət vəkili olaraq müraciət edəndə deyirlər ki, orada məskunlaşmış insanlara üstünlük veririk. Tək təhsil verməklə iş bitmir, təhsil almış insanlar işlə bağı zəmanəti, gələcəklərini görmək istəyirlər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 Fevral 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri