“Deputatlar təklif verir, ancaq əsaslandıra bilmirlər” Hüquq müdafiəçisi
Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.
Deputatlar, dövlət orqanlarında çalışanlar da təklif verir ki, şagirdlər məktəblərə məktəb avtobusunda gətirilsin. Ancaq heç kəs bu təklifi əsaslandıra bilmir.
Tribunainfo.az xəbər verir ki, bu sözlərlə hüquq müdafiəçisi Sahib Məmmədov çıxış edib. O bildirib ki, təklif vermək asandır, ancaq onu əsaslandırmaq çətindir:
“Hərə (bəzən deputatlar və dövlət orqanında çalışanlar da) təklif verir, amma deyəndə əsaslandıra bilmirlər. Bəzən də belə təklifləri qəbul edirlər, sonra icra oluna bilmir.
Məsələn: “Şagirdləri məktəblərə məktəb avtobusları gətirsin”. Əla təklif kimi görünür. Bu o zaman reallaşa bilərdi ki, eyni məktəbdə yaşayan şagirdlər eyni və yaxın yaşayış məntəqələrində yaşamış olsun. Bizdə bir sinifdə oxuyan şagirdin biri Masazırda, o biri Yeni Günəşlidə, üçüncüsü mikrorayonda yaşayırsa, o zaman hər şagirdə bir avtobus ayrılmalıdır”.
Gülşən Rəsul
Baxış sayı:34
Bu xəbər 18 Sentyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















