Icma.az
close
up
RU
Deputatlar yayda harada dincələcəklər? Qarsdan durbinlə kəndimizə baxacam

Deputatlar yayda harada dincələcəklər? Qarsdan durbinlə kəndimizə baxacam

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İyulun 15-dən avqustun 30-dək Milli Məclis ildə iki dəfə - iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır. Bu müddətdə deputatlar da məzuniyyətdə sayılırlar. Yalnız məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Bəs görəsən, deputatlar tətili harada və necə keçirməyi planlaşdırırlar? Onlar bu dövrdə Azərbaycanda, yoxsa xaricdə istirahət etməyi düşünürlər?

Lent.az millət vəkilləri arasında sorğu aparıb.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Lent.az-a açıqlamasında bildirdi ki, o, tətildə həm işğaldan azad olunmuş torpaqlara, həm də Türkiyəyə səfər edəcək:

“Son illər olduğu kimi bu il də yay tətilini işğaldan azad olunmuş ərazilərdə keçirəcəm. Şuşaya gedəcəm. Şuşada qalmaqla bərabər hər gün digər rayonlara, Ağdərəyə, Laçına, Xocalıya, Kəlbəcərə, Hadruta, Qubadlıya səfər edəcəm. Keçən il də tətil qrafikimi belə qurmuşdum. Bu cür istirahət mənə zövq verir, psixoloji rahatlıq gətirir, milli qürur hissimi oxşayır.

Azərbaycanın səfalı yerlərindən sonra qardaş ölkə - Türkiyənin Qars şəhərinə səfər edəcəm. Qars şəhərindən Ermənistan sərhədinə doğru elə kəndlər var ki, mənim doğulduğum kəndlə arası 7 km məsafədir. Doğulduğum coğrafiyanın təbiəti, otu, bitkisi, böcəyi, quşu mənim ruhumu oxşayır. Saatlarla durbini əlimə alıb, doğulduğum coğrafiyaya baxıb, orada nəyin dağılıb, nəyin qaldığını müşahidə edirəm... Bir də o torpaqlara, öz Vətənimə nə vaxt gedəcəyəm sualını özümə verib, düşüncələrə dalıram. Ruhən hiss edirəm ki, elimizdə-obamızda, yurdumuzda-yuvamızda qalan dağlar da, daşlar da, otlar da, böcəklər də bizi çağırır. Bu həm daxili əzab verir, həm də gələcəkdə torpaqlarımıza qayıtmaq üçün məndə ümid alovlandırır. Bu yaykı istirahətim yəqin ki, bununla da başa çatacaq”.

Milli Məclisin deputatı Razi Nurullayev Lent.az-a açıqlamasında qeyd etdi ki, tətildə Azərbaycanda olacaq:

“Tətili ölkədə keçirəcəm. Rayonlar, kəndlər çox xoşuma gəlir. Əsasən, Azərbaycanın maraqlı kəndlərinə getmək niyyətindəyəm”.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Lent.az-ın sorğusuna cavab olaraq bildirdi ki, tətil müddətində Azərbaycanda olacaq:

“Yay tətili müddətində Bakıda və əsasən Ordubad-Culfa rayonunda, deputat seçildiyim 6 saylı seçki dairəsinin ərazisində, eyni zamanda doğulduğum Culfa rayonu Saltaq kəndində olacam. Bu müddətdə həm seçicilərlə görüşəcəm, həm də kəndlərə səfər edəcəm.

Mən, tətili xarici ölkədə yox, Azərbaycanın gəzməli-görməli, səfalı yerlərində, Naxçıvanda, Ordubadda, Culfada və Bakıda keçirəcəm. Həmçinin qısa müddətli, təxminən, üç-beş günlük ölkəmizin səfalı yerlərinə də üz tutmağı, tarixi yerlərdə olmağı planlaşdırıram”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd etdi ki, işləri yekunlaşdıqdan sonra bir həftəlik tətilə çıxacaq:

“Hələ ki, istirahətlə bağlı konkret planım yoxdur. Yazılacaq məqalələr, görüləcək xeyli işlərim var. Hazırda da onlarla məşğuluq. Ola bilsin ki, bir həftə ya ölkə daxilində, ya da xaricdə istirahət edək. Hesab edirəm ki, Azərbaycanda gediləsi, baxılası çox gözəl yerlər var. Kəlbəcərə, Laçına, Qubaya, Zaqatalaya, Şəkiyə getmək olar. Tövsiyə edərdim ki, Azərbaycan vətəndaşları bütün rayonlarımıza səfər etsinlər. Mən Şuşanı, Xankəndini, Cəbrayılı, Zəngilanı, Qubadlını, Laçını ziyarət etməyi tövsiyə edirəm. Eyni zamanda Quba, Xınalıq, Qax, Göygöl əsrarəngiz bölgələrimizdəndir”.

Milli Məclisin deputatı Zahid Oruc bildirdi ki, o, tətili yaxın ailə üzvləri ilə birlikdə Qubada keçirməyi planlaşdırır:

“2026-cı il üçün xüsusi istirahət planı hazırlamamışıq. Hər zaman tətili Azərbaycanın zəngin təbiəti, şəfalı suları, dadlı meyvələri olan sakit bölgələrimizdə keçiririk. Adətən getdiyimiz bölgə Quba olur. Orada yaxın ailə üzvlərimizlə birgə oluruq. Builki planımız da bu istiqamətdədir. Şübhəsiz ki, yaxşı istirahət etmədən yaxşı işləmək və böyük hədəflərə nail olmaq çətindir. Digər tərəfdən açığını desəm, Parlament üzvü olduğum ilk on illərdə qətiyyən özümüz üçün istirahət rejimi buyurmamışam. Çünki təmsil etdiyim bölgənin özünəməxsus tələbləri və qayğıları həmişə qarşımızda dayanırdı. Eyni zamanda nəzərə almalıyıq ki, insan həyatı, onun biologiyası özünəməxsus tələblərə və qanunlara tabedir. O cəhətdən ölkə  xaricinə getməyi düşünmürük. Yaxın ailə üzvlərimlə birlikdə Qubada və digər kənd və rayonlara üz tutmağı düşünürük. Hər bir azərbaycanlıya da ölkəmizin daxilindəki zəngin təbiəti qiymətləndirməyə çağırırıq”.

Milli Məclisin deputatı Fazil Mustafa istirahəti Azərbaycanda edəcəyini bildirib:

“İstirahəti bütövlükdə ancaq Azərbaycanda edirəm. Ola bilsin ki, xaricə də səfər edərəm. Qabaqcadan planlaşdırılan istirahət anlayışı yoxdur, çünki yayda da çalışmaları davam etdiririk. Daha çox Bakıda qalıb dənizdən istifadə edirəm, xüsusilə sağlamlıqla bağlı müəyyən prosedurları davam etdirirəm. Lakin ola bilsin ki, rayonlara da, xarici ölkəyə də gedə bilərəm. Açığı, hələ dəqiq müəyyənləşdirməmişəm, özəl istirahət cədvəlim yoxdur.

Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirdi ki, yay tətilini ölkədə keçirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 İyul 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri