Icma.az
close
up
RU
Deputatlar tətildə harada dincələcəklər? Türkiyə, Qarabağ, Şahdağ...

Deputatlar tətildə harada dincələcəklər? Türkiyə, Qarabağ, Şahdağ...

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlum olduğu kimi, iyulun 14-də Milli Məclisin 2025-ci il üzrə növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib. Deputatlar iyulun 15-dən avqustun 30-dək tətilə buraxılıblar.

Hurriyyet.Az-ın məlumatına  görə, Pravda.az deputatların yay tətilində harada istirahət etməyi planlaşdırdıqlarına dair sorğu keçirib.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc iş qrafikinin gərginliyindən gileylənib:

“Yay tətilini ölkəmizdə ailəmlə birlikdə keçirəcəyəm. Hər zaman belə olub. Sosial Tədqiqatlar Mərkəzində iş qrafiki çox sıxdır. Avqustda müəyyən bir imkan tapmağa, doğmalarla birlikdə nəfəs dərməyə ümidliyik...”

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə də tətil günlərində deputatlıq fəaliyyətini davam etdirir:

“Seçicilərin zənglərinə cavab verirəm. Seçildiyim Mingəçevir şəhəri ilə bağlı bu və ya digər məsələnin müzakirəsində iştirak edirəm. Bir qayda olaraq Bakıdan kənara çıxmıram. Bir-iki günlük hansısa regiona gedə bilərəm. Amma yenə də üzərimə düşən məsuliyyəti yerinə yetirməyə çalışıram”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Bakıda dincələk:

“Ola bilsin, bir neçə günlüyə rayona da gedim”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə öz doğma kəndində dincəlməyi düşünür:

“Lənkəranın Cil kəndində olacağam. Hələ ki planlar belədir. Həm seçicilərin yanında olacağam, həm də ata-baba yurdumda bir az istirahət edəcəyəm. Düşünürəm, bu yayı elə Lənkəranda, Bakıda olacağam. Xarici ölkələrə getmək fikrim yoxdur. Bir sözlə, həkimə ehtiyacım yoxdur...”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev də Azərbaycanda dincələcək:

“İmkan olsa, bəlkə, Türkiyəyə də getdik. Dəqiq bilmirəm”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Samir Vəliyev isə tətil başlasa da, bizimlə danışarkən Brüsseldə NATO-nun seminarında idi:

“Yay tətilini harada keçirəcəyimi hələ müəyyənləşdirməmişəm. Bu haqda heç düşünməmişəm də...”

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirovun isə həmkarları ilə müqayisədə yay planları pis deyil:

“Quba şəhərində “Şahdağ” istirahət sanatoriyasında bir həftə ailəmlə birlikdə keçirməyi planlaşdırıram. Sonra öz rayonumuza – Cəlilabada gedəcəyəm. Seçicilərimlə görüşüm olacaq. Ümumiyyətlə, vaxtdan səmərəli istifadə etməyi xoşlayıram. Həm seçicilərlə görüşüm, həm doğma insanlarımızın içində olum. Öz kəndimizdə də bir müddət dincəlmək istəyirəm”.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas yay tətilini Qarabağda keçirəcək:

“Bakıda da olacağam. Xaricə getmək fikrim yoxdur, Qarabağa gedəcəyəm!”

Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 İyul 2025 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see317

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see297

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see274

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see263

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see259

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see237

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see233

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see222

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see218

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see212

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see211

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see203

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see196

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see196

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see194

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see193

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see182

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see179

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri