Icma.az
close
up
RU
Deputatlara verilən bu pullar narazılıq yaratdı MƏBLƏĞ

Deputatlara verilən bu pullar narazılıq yaratdı MƏBLƏĞ

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli Məclisin deputatları avqustun 30-dək yay tətilinə buraxılıb. Məlumata görə, parlament üzvlərinə bu müddət üçün 5-7 min manat arasında əlavə tətil ödənişi veriləcək. Sözügedən məbləğ ictimaiyyətdə birmənalı qarşılanmayıb və geniş tənqidlərə səbəb olub. Vətəndaşlar deputatlara ayrılan bu vəsaiti hazırkı iqtisadi vəziyyətdə, əhalinin alıcılıq qabiliyyətinin aşağı olduğu bir dövrdə ədalətsiz hesab edirlər.

Bəs deputatlara verilən tətil ödənişi qanunvericiliyə və beynəlxalq parlament təcrübəsinə uyğundurmu? İddia edilən rəqəmlər nə dərəcədə əsaslıdır?

News24.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Kənan Quluzadə deyib ki, deputatların maaş və təminatları “Deputatın statusu haqqında” Qanunla tənzimlənir.

Onun sözlərinə görə, onların illik məzuniyyət hüququ var və bu dövrdə maaş saxlanılır:

“Lakin əlavə tətil ödənişlərinin məbləği və əsasları ictimaiyyətə dəqiq izah edilməlidir. Əks təqdirdə, bu cür ödənişlər cəmiyyətdə sosial ədalət hissini zədələyə və etimadsızlıq yarada bilər. Rəqəmlərin reallığına gəlincə, Azərbaycan deputatlarının aylıq maaşı təxminən 2500–3000 manat, komitə sədrləri və rəhbər vəzifəli deputatlarda isə 3500–4000 manat civarındadır. Mediaya düşən 5000–7000 manatlıq tətil ödənişi rəqəmləri ya bir neçə maaşın cəmi, ya da əlavə mükafat və ya məzuniyyət pulu şəklində formalaşır”.

İqtisadçı qeyd edib ki, bu rəqəmlərin reallığı və əsaslandırılması ictimaiyyətə aydın izah edilməsə, onların ictimai narazılıq yaratması qaçılmaz olur:

“Şəffaflıq bu məsələdə cəmiyyət üçün ən vacib amildir. Beynəlxalq təcrübədə isə deputatlar əsasən yalnız maaş alır, əlavə məzuniyyət mükafatları nadir hallarda tətbiq olunur. Xüsusən iqtisadi böhran və sosial problemlər fonunda belə ödənişlər ictimai qıcıq doğurur və hökumətdən daha şəffaf və əsaslandırılmış yanaşma tələb edir. Nəticə etibarilə, hüquqi cəhətdən bu ödənişlər müəyyən əsaslara söykənə bilər, amma ictimai gözləntilər və sosial ədalət prinsipləri baxımından məsələnin daha açıq izahına ehtiyac var”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 İyul 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri