Icma.az
close
up
RU
Deputatlarımız ATƏT PA nın seminarında iştirak edib

Deputatlarımız ATƏT PA nın seminarında iştirak edib

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Milli Məclisin ATƏT Parlament Assambleyasında (PA) nümayəndə heyəti ATƏT PA və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən “Pekin Fəaliyyət Platforması: Parlamentlərin rolu” mövzusunda təşkil edilmiş onlayn seminarda iştirak edib.
Newscenter.az xəbər verir ki, tədbirdə Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva çıxış edib. O, Azərbaycanın gender bərabərliyinin təmin edilməsi və qadın hüquqlarının gücləndirilməsi sahəsində əldə etdiyi əlamətdar nailiyyətlərdən bəhs edib. Deputat vurğulayıb ki, ölkəmizdə qəbul edilmiş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun qadınlara qarşı zorakılığın aradan qaldırılmasında, gender stereotiplərinin sarsıdılmasında və cəmiyyətdə bərabər imkanların təmin olunmasında əhəmiyyətli rol oynayır.
Həmçinin qadınların iqtisadi və sosial sahələrdə aktiv iştirakını təmin etmək məqsədilə həyata keçirilən “Məşğulluq Strategiyası (2019–2030)”, “Qadın Resurs Mərkəzləri” və “Rəqəmsal Qızlar” kimi layihələrin əhəmiyyəti xüsusi qeyd edilib. Bildirilib ki, “Məşğulluq Strategiyası (2019–2030)” qadınlar arasında işsizliyin və əməkhaqqı bərabərsizliyinin azaldılmasına, onların əmək bazarına daha aktiv inteqrasiyasına, eləcə də qadın sahibkarlığının dəstəklənməsi və rəqəmsal bacarıqların inkişafının təşviqinə mühüm töhfə verir.
Bununla yanaşı, Azərbaycanın post-münaqişə dövründə gender əsaslı mövzulara üstünlük verdiyi də diqqətə çatdırılıb. Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə qadınlar minalardan təmizləmə prosesində, məcburi köçkünlərin təhlükəsiz şəkildə yenidən inteqrasiyasında və yenidənqurma layihələrində mühüm rol oynayırlar. Bu sahədə beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin dayanıqlı nəticələrin əldə edilməsi üçün vacibliyindən bəhs edilib.
Sevinc Fətəliyeva Azərbaycanın Pekin Fəaliyyət Platformasının prinsiplərinə sadiqliyini və gender bərabərliyi sahəsində davamlı irəliləyişlərə nail olmaq üçün göstərilən səylərin ardıcıl şəkildə davam etdiriləcəyini söyləyib.
Xatırladaq ki, 1995-ci ildə qəbul edilmiş Pekin Bəyannaməsi və Pekin Fəaliyyət Platformasının məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, o cümlədən, onların inkişaf proseslərində yaxından iştiraklarına mane olan amilləri aradan qaldırmaq və cəmiyyətdə rollarını artırmaq üçün milli səviyyədə və beynəlxalq əməkdaşlıq çərçivəsində səylər göstərməkdən ibarətdir. Bir sıra regional təşkilatlar, o cümlədən, ATƏT bu istiqamətdə müvafiq fəaliyyət həyata keçirir. Azərbaycan Respublikasının Milli Məclisi beynəlxalq parlament platformalarında sözügedən sahədə həyata keçirilən proseslərdə həmişə yaxından iştirak edir.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Yanvar 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri