Derbidən qol gözləntisi
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Bu gün Azərbaycan kubokunun yarımfinalında qarşılaşacaq “Neftçi” və “Sabah”ın yolları əvvəllər də kəsişib.
İdman.biz xəbər verir ki, Bakı klubları üç il əvvəl kubokdakı ilk duelə çıxıb.
İndikindən fərqli 2022/23 mövsümünün paytaxt derbisi 1/4 finalda baş tutub. Həmin vaxt hər iki görüşdə tərəflər meydanı qolsuz tərk etməyiblər.
Evdə 1:1 hesablı bərabərliklə kifayətlənən “Neftçi” səfərdəki qələbə ilə yarımfinala yüksəlib – 3:1. Kubokda bu rəqibi üzərində qələbə qazanmayan “Sabah” tilsimi qırmağa çalışacaq. Bir qələbə və bir heç-heçəsi olan “Neftçi” isə top fərqindəki 4-2-lik üstünlüyü artırmaq arzusundadır.
Qeyd edək ki, digər yarımfinal cütündə üz-üzə gələcək “Araz-Naxçıvan”la “Qarabağ” indiyədək kubokda qarşılaşmayıblar.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 02 Aprel 2025 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















