Dərin yuxunu bərpa etmək üçün 7 addım açıqlandı
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Psixoloq Bical Çxeda bildirib ki, dərin yuxu fazası orqanizmin bərpasında əsas rol oynayır.
Ölkə.az xəbər verir ki, o, bu barədə "HuffPost" nəşrinə danışıb.
Mütəxəssis ilk olaraq hər gün eyni saatda yatıb oyanmağı tövsiyə edir. Onun sözlərinə görə, bu cür sabit rejim orqanizmin lazım olan hormonları düzgün vaxtda ifraz etməsinə kömək edir.
İkinci addım kimi, saat 14:00-dan sonra kofe içməməyi məsləhət görür. Həmçinin yataqda işləmək və ya sosial şəbəkələrdə vaxt keçirməkdən uzaq durmağı tövsiyə edir.
“Yatmazdan əvvəl kitab oxuyun, gündəlik yazın və ya yüngül dartınma hərəkətləri edin. Bu, ürək ritmini azaldır, stress səviyyəsini aşağı salır və bədəni istirahət rejiminə keçirir”, - deyə ekspert bildirib.
O əlavə edib ki, yuxu qaranlıq və sərin otaqda daha keyfiyyətli olur. Bundan başqa, yatmazdan ən azı bir saat əvvəl mavi işıq yayan cihazlardan uzaq durmaq lazımdır.
Həmidə İbrahimova
Baxış sayı:119
Bu xəbər 07 Aprel 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















