Icma.az
close
up
RU
Dərin zəka, müdriklik və qətiyyət

Dərin zəka, müdriklik və qətiyyət

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə hədəfə aldı.

Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yenicə müstəqilliyə qədəm qoymuş dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən AXC-Müsavat iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.

Həmin dövrdə respublikamız çətin sınaqlarla üz-üzə qalanda xalqımız  yeganə xilaskar kimi Ümummilli Lider Heydər Əliyevi rəhbərlikdə görmək istədi. Xalqımızın təkidli tələbi  ilə Bakıya gələn Ulu Öndər  Heydər Əliyev öz zəkası, müdrikliyi və qətiyyətilə respublikamızı məhvolmadan xilas etdi, müstəqilliyimizi qorudu və müasir Azərbaycan dövlətinin müəllifinə çevrildi. Azərbaycan bu gün də Heydər Əliyev ideyalarından  güc  alaraq inkişaf edir, güclənir, dünyanın nüfuzlu ölkələri ilə bir sırada durur.

3 oktyabr 1993-cü ildə keçirilmiş Azərbaycan Respublikasının Prezidenti  seçkilərində  Yeni Azərbaycan Partiyasının Lideri Heydər Əliyev seçkilərdə iştirak edən seçicilərin 98,84%   səsini qazanaraq böyük üstünlüklə qalib gəldi və  Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümumiyyətlə, 1993-cü ildə keçirilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Bu seçkilərdə Azərbaycan xalqı doğru seçim edərək yüksək səs çoxluğu ilə öz böyük oğlunu, dahi siyasətçi Heydər Əliyevi Prezident seçmiş və həmin seçimlə də bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyulmuşdur.

Ulu Öndər iti zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə demokratik hüquqi dövlət yaratmağa müvəffəq oldu. Müstəqil Azərbaycan dövlətinə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev demişdir: "Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir".

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini təmin etməyi, onu möhkəmləndirməyi, demokratik-hüquqi dövlət qurmağı öz fəaliyyətinin vacib hissəsi hesab edirdi. Ölkədə geniş vüsət almış cinayətkarlığın bütün ünsürlərinə qarşı qəti mübarizə aparan Ulu Öndərin 1994-cü ildə imzaladığı xüsusi Fərman qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı.

Milli dövlətçiliyin inkişafına ziyan verən, ümumbəşəri sosial bəla sayılan korrupsiyanın qarşısının alınması məhz Ümummilli Lider Heydər Əliyevin düşünülmüş müdrik siyasəti nəticəsində mümkün olmuşdur. Hüquq-mühafizə orqanları tərəfindən müvəffəqiyyətlə həyata keçirilən qəti tədbirlər nəticəsində ölkədə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoyuldu. Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf bəxş etdi. Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirdi.

 Xalqımız özünün görkəmli oğlu Heydər Əliyevin ideyalarına sadiq qalaraq, onun bizə əmanət qoyduğu müstəqil dövlətçiliyimizi yaşadıb inkişaf etdirmək üçün qüvvələrini səfərbər etdi, Ümummilli Liderin siyasi varisi Prezident cənab İlham Əliyevin hər bir vətəndaşın maraqlarını ifadə edən siyasi kursuna dəstək verdi. “Əmin ola bilərsiniz ki, mən Heydər Əliyevin başladığı bütün işləri axıra çatdıracağam” - söyləyən Prezident İlham Əliyev Ulu Öndərimiz tərəfindən müəyyən edilmiş dövlətçilik kursunu davam etdirməklə, Azərbaycanımızı indiki firavan günlərə çatdırmış və gələcəyə möhkəm təminat yaratmışdır. O, sürətlə dəyişən dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə daha da artır. Bütün bunların təməlində isə suveren Azərbaycanımızı yeni-yeni Zəfərlərə aparan dərin zəka, müdriklik və qətiyyət sahibi olan Ümümmilli Lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti dayanır.

İsgəndər Qurbanov
YAP Qazax rayon təşkilatının partiya veteranı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Oktyabr 2025 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see229

COVID 19 yenidən "dirildi" Bir həftədə 14 ölüm

13 Avqust 2026 23:06see182

Əraqçidən ABŞ yə XƏBƏRDALIQ Ehtiyatlı olun

13 Avqust 2026 23:33see179

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see175

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see175

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see175

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see174

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see170

Dünya çempionunun yolu haradı?

13 Avqust 2026 19:27see170

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see170

236 milyon illik fosil alimləri təəccübləndirdi: Məməlilərin doğuş tarixi dəyişə bilər

14 Avqust 2026 03:36see163

Hansı xəstəliklərdə kişilərin cinsi orqanı kiçilir?

14 Avqust 2026 02:04see162

Avtomobillərin ev şəraitində şarj edilməsi nə qədər xərc tələb edir?

13 Avqust 2026 17:42see161

Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi Fotolar

14 Avqust 2026 02:44see160

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see157

4 aya 20 kilo arıqlayan türk aktrisadan çimərlik Fotoları

14 Avqust 2026 03:03see156

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see155

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see152

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see147

Markinyos dünyanın ən çox titul qazanan ikinci oyunçusu olub

14 Avqust 2026 03:15see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri