Icma.az
close
up
RU
Dərman alarkən diqqət edilməlidir? Nazirlik rəsmisi AÇIQLADI

Dərman alarkən diqqət edilməlidir? Nazirlik rəsmisi AÇIQLADI

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

"Saxta dərman vasitələri pərakəndə və topdansatış əczaçılıq müəssisələrinin yoxlanılması, ekspertiza, həmçinin gömrük orqanları nəzarəti zamanı aşkar edilə bilər. Laborator ekspertiza isə dərman vasitələrinin saxta olub-olmamasının müəyyənləşdirilməsinin əsas yollarındandır".

BAKU.WS xəbər verir ki, bunu "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" verilişində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasının müdiri Çingiz Şükürov deyib.

Onun sözlərinə görə laborator ekspertiza zamanı saxta dərman vasitələrinin müəyyən edilməsi üçün ilk növbədə nümunənin qablaşması və sənədləri yoxlanılır:

"Növbəti mərhələdə Mərkəzdə sözügedən nümunəyə dair normativ sənədlər mövcud olduqda həmin sənədlərə əsasən, olmadıqda isə farmakopeya məqalələrinin tələblərinə əsasən keyfiyyət parametrləri təftiş edilir. Saxta dərman vasitələrinin müəyyən edilməsi üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi ilə bir çox ölkələrin əczaçılıq sahəsində milli tənzimləyici qurumları arasında memorandumlar imzalanıb. Bu sənədlər əsasında həmin ölkələrin tənzimləyici qurumları ilə bu sahədə məlumat mübadiləsi aparılır, saxta və keyfiyyətsiz dərman vasitələri haqqında məlumatlar əldə olunur. Həmçinin, Mərkəz əczaçılıq sahəsində bir çox beynəlxalq qurumlarla əməkdaşlıq edərək, dünyada dövriyyədə olan saxta dərman vasitələri haqqında operativ məlumat almaq imkanına malikdir".

Çingiz Şükürov qeyd edib ki, dərman vasitələrinin keyfiyyətinə iki mərhələdə nəzarət edilir:

"Birinci, dərman vasitəsinin qeydiyyatı proseduru zamanı keyfiyyətinin yoxlanması mərhələsidir.

İkinci mərhələ - dərman vasitəsi qeydiyyata alındıqdan sonra ölkəyə idxal edilən zaman keyfiyyətinin yoxlanmasıdır.

Hər iki mərhələdə dərman vasitələrinin laborator ekspertizası aparılır və keyfiyyət göstəriciləri araşdırılır. Bu proses Mərkəzin Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyası tərəfindən həyata keçirilir. Dərman vasitəsi qeydiyyata alındıqdan sonra ölkə ərazisinə idxal edilə bilər. Azərbaycan Respublikasına rəsmi şəkildə idxal edilən dərman vasitələrinin hər bir seriyası qeydiyyat zamanı istehsalçının təqdim etdiyi normativ sənədlərdə verilmiş sınaq üsullarından və keyfiyyət sertifikatlarındakı məlumatlardan istifadə edilərək yoxlanılır. Sınaqlar zamanı dərman vasitəsinin keyfiyyət və kəmiyyət göstəriciləri - təsiredici maddələrin miqdarları, üzvi qarışıqlar və kənar maddələrin mövcudluğu, həmçinin digər fiziki-kimyəvi, mikrobioloji analiz parametrlərinin normativ sənədlərə uyğunluğu monitorinq edilir".

Ç.Şükürov bildirib ki, dərman vasitələrinin formasından və tərkibindən asılı olaraq, keyfiyyət problemləri dəyişə bilər:

"Bildiyimiz kimi, dərman vasitələri aqreqat halına əsasən dörd növə ayrılır: bərk, maye, yumşaq və qazabənzər. Hər növün də aqreqat halından asılı olaraq keyfiyyət parametrləri mövcud olur. Bu göstəricilər dərman vasitəsinin keyfiyyət sertifikatında və keyfiyyətə dair spesifikasiya sənədində əks olunur. Əsas keyfiyyət problemləri, dərman vasitələrinin keyfiyyətinin yoxlanması zamanı keyfiyyət parametrlərindən kənaraçıxmalar, həmçinin qablaşması, içlik vərəqəsi və qeydiyyatı ilə bağlı ola bilər. Şübhəli dərman vasitəsi ilə qarşılaşdıqda vətəndaş Mərkəzin qaynar xəttinə zəng vurub onun haqqında məlumat əldə edə bilər. Eyni zamanda qeydiyyat vəsiqəsi mövcud olan, rəsmi şəkildə ölkəyə idxal edilmiş həmin dərman vasitəsi nümunəsini son istifadə tarixi bitmədən, tamlığı pozulmamış şəkildə və analiz üçün kifayət edəcək miqdarda laborator ekspertiza üçün Mərkəzin "Bir pəncərə" sektoruna təqdim edə bilər.

Vətəndaşlar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə bir neçə asan yolla müraciət edə bilərlər:

1. "Bir pəncərə" sektoru;

2. Qaynar xətt: (012) 596 05 20;

3. Elektron poçt: [email protected];

4. Rəsmi veb-sayt: www.pharma.az - "Müraciət" bölməsi.

Daxil olan bütün müraciətlər hərtərəfli araşdırılır və nəticələri barədə qanunvericiliyin müəyyən etdiyi müddət ərzində vətəndaşa cavab təqdim olunur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://baku.ws
archiveBu xəbər 09 İyun 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri