Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

Dərman vasitələrinin istehsalına çoxdan başlamalıydıq

Dərman vasitələrinin istehsalına çoxdan başlamalıydıq

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Azərbaycanın dərman sənayesi olarsa, səhiyyədə xərcləri də xeyli azalda bilərik


Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi  

Heydər Əliyev Mərkəzində Azərbaycan Səhiyyə Nazirliyi və Macarıstanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə mayın 5-də “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı beynəlxalq tədbir keçirilib. Tədbirin məqsədi Azərbaycanda əczaçılıq sənayesinin keçdiyi inkişaf yolunu təhlil etmək, mövcud vəziyyəti qiymətləndirmək və gələcək perspektivləri müəyyənləşdirmək olub.

Açılış mərasimində çıxış edən rəsmi şəxslər dövlətin əczaçılıq sahəsinə göstərdiyi dəstəkdən bəhs edərək, "Azərbaycan Respublikasında əczaçılıq sənayesinin inkişafına dair Dövlət Proqramı (2019–2023)" çərçivəsində atılmış mühüm addımları qeyd ediblər. Xüsusilə Pirallahı Sənaye Parkında dərman istehsal müəssisələrinin yaradılması, xarici sərmayələrin cəlbi və yerli istehsalın stimullaşdırılması məsələsi xüsusi vurğulanıb. Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev Azərbaycan əczaçılıq sənayesi tarixində yod və endokrin preparatlarının istehsalının xüsusi yer tutduğunu deyib: "Dünyada yeganə müalicəvi neft olan Naftalan neftindən müxtəlif preparatların hazırlanması üçün 1934-cü ildə Bakıda xüsusi laboratoriya, daha sonra isə Naftalan zavodu yaradılıb. 1938-ci ilin sonunda Azərbaycan Dövlət Əczaçılıq İnstitutu təşkil edilib və rektoru görkəmli dövlət xadimi, professor Əziz Əliyev təyin olunub. Həmin illərdə Bakı Kimya-Əczaçılıq Zavodu, Endokrin Preparatlar Zavodu kimi əczaçılıq sənayesi müəssisələri yaradılıb".

Nazir Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə ilk əczaçılıq istehsalı müəssisələrinin qurulmasını xüsusi vurğulayıb: "Əczaçılıq sənayesinin qanunvericilik bazasının formalaşdırılması məqsədilə “Əczaçılıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, “Azərbaycan Respublikasında əczaçılıq sənayesinin inkişafı konsepsiyası” hazırlanıb.

Müasir Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən siyasəti, müdrik rəhbərliyi və gərgin zəhməti sayəsində hərtərəfli inkişaf edir. Bu illər ərzində dərman və tibb vasitələri ilə davranışın hüquqi və təşkilati əsaslarını müəyyən edən "Dərman vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu" qəbul edilib, müasir texnologiyaların tətbiqi yolu ilə yüksək rəqabət qabiliyyətli məhsulların istehsalına imkan yaradan sənaye parkları fəaliyyətə başlayıb, yerli istehsalın təşviqi məqsədilə qanunvericilikdə stimullaşdırıcı tədbirlər nəzərdə tutulub".

Nazir həmçinin  qeyd edib ki, ötən il Səhiyyə Nazirliyində yaradılan işçi qrup tərəfindən “Əczaçılıq təhsilinin inkişaf Konsepsiyası” hazırlanıb. Əlavə edib ki, milli qanunvericilikdə son illərdə aparılan islahat tədbirləri, yaradılan əlverişli biznes mühiti əczaçılıq məhsullarına olan daxili tələbatı ödəməyə və gələcəkdə ixrac potensialını artırmağa yönəlib: "Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsi əczaçılıq sahəsində respublikada aparıcı elmi-tədqiqat mərkəzinə çevrilib. Macarıstanın Semmelveis və Peç Universitetləri ilə imzalanan əməkdaşlıq memorandumları bilik və təcrübələrin mübadiləsini, akademik heyətin peşə hazırlığının artırılmasını nəzərdə tutur”.

Nazirin sözlərinə görə, milli qanunvericilikdə son illərdə aparılan islahat tədbirləri, yaradılmış əlverişli biznes mühiti, cəlbedici investisiya şəraiti əczaçılıq sənayesinin inkişafı üçün geniş imkanlar açır: “Azərbaycan Respublikasının ərazisində yaradılan xüsusi iqtisadi zonalarda müasir texnologiya və avadanlıqlarla təchiz edilmiş əczaçılıq müəssisələri qurulur, xarici tərəfdaşlarla birgə əczaçılıq müəssisələrinin təsis edilməsinə dair əməkdaşlıq müqavilələri imzalanır”.

Sözügedən tədbirdə iştirak edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev isə bildirib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-mart aylarında 15,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Elnur Əliyev vurğulayıb ki, son 5 ildə qeyri-neft-qaz sektoru real olaraq 25,9 faiz, qeyri-neft-qaz sənayesində yaradılmış əlavə dəyər isə 1,5 dəfə artıb. Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 3,5 faiz artıb: 

“Sahibkarların fəaliyyətinin dəstəklənməsi üçün tətbiq olunan mexanizmlərdən biri də investisiya təşviqi mexanizmidir. Bu mexanizm vergi və gömrük güzəştlərini nəzərdə tutur. Bu sahədə yerli istehsalın təşviqi məqsədilə ümumi dəyəri 50 milyon manat olan 2 layihəyə investisiya təşviqi sənədi verilib. Ötən dövr ərzində sözügedən layihələr üzrə 16 milyon manat dəyərində texnika, texnoloji avadanlıq və qurğular idxal olunub və sahibkarlara idxal üzrə 4 milyon manat dəyərində ƏDV və gömrük rüsumundan azadolma tətbiq olunub”.

Ölkəmizin beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində də sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görüldüyünü xatırladan nazir müavini bildirib ki, Dünya Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər tərəfdaşlarla birgə bir sıra proqram və layihələr həyata keçirilir: 

"Eyni zamanda, bir sıra ölkələrlə birgə investisiya fondları yaradılıb. Sahibkarlar təşəbbüslərini artıraraq, beynəlxalq maliyyə mexanizmlərindən faydalana, tərəfdaş ölkələrlə birgə layihələr icra edə, bizneslərini genişləndirə bilərlər.  Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb və 10 min 600-dən artıq daimi iş yeri yaradılıb. Ötən müddətdə sənaye zonaları tərəfindən 16,2 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 5,2 milyard manatlıq hissəsi ixrac edilib. Dövlət başçısının 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə ölkəmizdə 30 hektar ərazidə əczaçılıq məhsullarının istehsalı sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkı yaradılıb. Sənaye parkı sahibkarlıq fəaliyyəti üçün zəruri infrastrukturla təchiz edilib, rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi, habelə emal müəssisələrinin yaradılması üçün bütün imkanlara malikdir. Sənaye parkının ərazisi artıq tam şəkildə rezidentlərlə dolub. Sahibkarların bura marağı böyükdür. Buna görə də sənaye parkının ərazisinin genişləndirilməsi məsələsinə baxıla bilər".

Elnur Əliyev bildirib ki, burada layihələrinin investisiya həcmi 120 milyondan manatdan çox olan 7 sahibkarlıq subyektinə rezidentlik verilib: "Sahibkarlar tərəfindən görülmüş işlərə ümumilikdə 45 milyon manatdan çox investisiya yatırılıb, 160-a yaxın daimi iş yeri yaradılıb. Sənaye Parkında indiyədək 64,5 milyon manatlıq məhsul istehsal edilib. Pirallahı Sənaye Parkında qeydiyyatdan keçmiş rezidentlərin tam gücü ilə fəaliyyətə başlaması əczaçılıq sənayesinin inkişafını, dərman vasitələri və tibbi ləvazimatlara tələbatın yerli istehsal hesabına ödənilməsini stimullaşdıracaq. Sevindirici haldır ki, artıq parkdakı bir sıra müəssisələr fəaliyyətə başlayıb. Sənaye Parkının rezidenti olan “Diamed Co" MMC müasir texnologiyalar əsasında birdəfəlik şprislər istehsal edir. Digər bir rezident “R-Pharm” MMC müxtəlif dərman vasitələrinin qablaşdırılmasını həyata keçirir. Hazırda Sənaye Parkında Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri A.Ş.” şirkəti ilə birgə beynəlxalq keyfiyyət standartlarına və Azərbaycanın milli əczaçılıq təhlükəsizliyi prioritetlərinə uyğun yeni əczaçılıq zavodu tikilir. Zavodda müxtəlif doza və qablaşdırmada dərman məhsulları istehsal olunacaq".

Ekspertlər də hesab edir ki, son illərdə Azərbaycanda əczaçılıq sənayesinin inkişafı istiqamətində atılan addımlar bu sahənin strateji əhəmiyyət daşıdığını göstərir. Xüsusilə Pirallahı Sənaye Parkında yerli və xarici sərmayə hesabına dərman istehsalı müəssisələrinin yaradılması daxili bazarın təhlükəsizliyini təmin etmək və idxaldan asılılığı azaltmaq baxımından mühüm rol oynayır.


Professor Adil Qeybulla isə “Sherg.az”a bildirib ki, Azərbaycanda əczaçılıq sənayesinin inkişafı ölkənin iqtisadi və milli təhlükəsizlik baxımından strateji prioritetlərindən biridir: 

“Bu sahənin inkişafı, bir tərəfdən ölkənin dərman preparatları üzrə idxaldan asılılığını azaltmaq, digər tərəfdən isə yüksək texnologiyalı və ixracyönümlü sənaye sahəsini formalaşdırmaq məqsədi daşıyır. Hazırda Azərbaycanın dərman təminatının təxminən 95 faizi idxal hesabına qarşılanır. Bu vəziyyət təkcə iqtisadi deyil, həm də strateji və sosial çağırışlar yaradır – xüsusilə pandemiya və ya qlobal təchizat zəncirində fasilələr baş verdikdə. Belə şəraitdə əczaçılıq sənayesinin ölkə daxilində inkişafı zəruri və təxirəsalınmaz məsələ kimi ortaya çıxır”.

Professor qeyd edib ki, Azərbaycanda dərman maddələrinin istehsalı məsələsi, əslində, çoxdan həllini gözləyən məsələlərdən biridir. Əvvəla, nəzərdə tutaq ki, biz bütün dərmanları istehsal etməsək də, əhalinin ciddi ehtiyacı olan bir sıra mühüm dərman vasitələrinin istehsalına çoxdan başlamalıydıq: 

“Bunun üçün də Avropanın aparıcı firmaları, eləcə də qardaş Türkiyənin firmaları ilə müştərək işləyə bilərik. Bu istiqamətdə bizim mütəxəssis imkanlarından istifadə edə bilərik və onların yenilərin yetişdirilməsi üçün həm Avropada, həm də Türkiyədə kifayət qədər imkanlar var. Hesab edirəm ki, kimyaçılar, texnoloqlar və digər bu sahədə lazım olan mütəxəssislərin hazırlanmasına müştərək şirkətlərlə birgə start verilə bilər. Azərbaycanın dərman sənayesi olarsa, səhiyyədə xərcləri də xeyli azalda bilərik. Ayrı-ayrı vacib, istehlakı yüksək olan dərman maddələrinin ölkə daxilində istehsalı ilə səhiyyə büdcəsinə də xeyli qənaət etmiş olarıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 May 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri