İş yerində süni intellektdən istifadənin qiyməti: Məhsuldarlıq, yoxsa təhlükəsizliksizlik?
Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İş dünyasında süni intellektdən istifadə sürətlə yayılarkən, bu texnologiyanın əməkdaşlar üzərindəki psixoloji və peşəkar təsirləri yeni müzakirə mövzusuna çevrilib.
Qaynarinfo-nun məlumatına görə, "Neotalent” şirkətinin qurucusu Zeynəb Mete bildirir ki, süni intellekt təkcə məhsuldarlıq aləti deyil, eyni zamanda əməkdaş təcrübəsini və qurum daxili münasibətləri köklü şəkildə dəyişdirir. Prosesin yanlış qurulacağı təqdirdə sürət gözlənilərkən etibarsızlıqla üzləşilə biləcəyinə diqqət çəkən Mete bu yeni dövrün risk və imkanlarını dəyərləndirib.
Süni intellektin əməkdaşlar üçün ən böyük üstünlüyü vaxt aparan əməliyyat yükünü azaltması kimi qiymətləndirilir. Xüsusilə məlumatların təhlili, xülasələrin hazırlanması, ilkin mətnlərin yazılması və araşdırma kimi "angarya” hesab olunan işlərdə əldə edilən sürət əməkdaşlara problem həllinə daha çox zaman ayırmaq imkanı yaradır. Araşdırmalar süni intellekti iş prosesinə daxil edən şəxslərin özlərini daha məhsuldar hiss etdiyini və iş məmnuniyyətinin artdığını göstərir.
"Mikro nəzarət” və iş itkisi narahatlığı
Lakin texnologiyanın yaratdığı bu sürət əməkdaşlar arasında ciddi narahatlıqlarla müşayiət olunur. Zeynəb Metenin sözlərinə görə, işçilərin böyük hissəsi işini itirmək və ya süni intellekt səbəbilə maaşların aşağı salınması qorxusu yaşayır. Xüsusilə süni intellekt vasitəsilə aparılan mikro səviyyəli performans izləmələri əməkdaşlar üzərindəki stress yükünü artırır. Məlumatların məxfiliyi və təhlükəsizliyi ilə bağlı suallar da bu prosesin ən həssas məqamları sırasında yer alır.
Rəqəmsal bərabərsizlik riski qapıdadır
Prosesin etik tərəfinə də toxunan Mete süni intellektə çıxışı olanlarla olmayanlar arasında yeni imkan bərabərsizliyinin yarana biləcəyi barədə xəbərdarlıq edir. Mütəxəssis vurğulayır ki, texnologiya özlüyündə nə "yaxşı”, nə də "pis”dir, əsas müəyyənedici amil bu sistemlərin kimin xeyrinə və hansı şəffaflıqla dizayn edilməsidir.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 25 Yanvar 2026 00:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















