Icma.az
close
up
RU
Dərmanlar artıq bu sistemdə görünəcək

Dərmanlar artıq bu sistemdə görünəcək

Icma.az, Modern.az saytına istinadən bildirir.

Azərbaycanda səhiyyənin rəqəmsallaşdırılması istiqamətində atılan mühüm addımlardan biri də “Elektron resept” sisteminin tətbiqidir. Bu yenilik həm tibbi xidmətlərin keyfiyyətinin artırılması, həm də dərman təyinatı və təminatında şəffaflığın təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. 

Səhiyyə Nazirliyi yanında Rəqəmsal Səhiyyə Mərkəzi Modern.az-ın sorğusunu cavablandıraraq, "Elektron resept" sisteminin tətbiqinin ölkədə səhiyyənin rəqəmsallaşmasında mühüm mərhələ olduğunu bildirib. Qurumun verdiyi məlumata görə, sistem tibb müəssisələri, apteklər və vətəndaşlar arasında dərman təyinatı və təminatında şəffaf, səmərəli əlaqələrin qurulmasına imkan verir.

Elektron resept sisteminin əsas üstünlükləri arasında tibbi proseslərin sadələşdirilməsi və sürətlənməsi göstərilir. Dərman təyinatı elektron şəkildə aparıldığından kağız sənədlərə ehtiyac qalmır, bu isə vaxt itkisini azaldır. Həmçinin, sistem reseptlərin oxunmazlığı və qeyri-dəqiqliyindən irəli gələn səhvlərin qarşısını alır, təkrar istifadəni mümkünsüz edir və sui-istifadə hallarını aradan qaldırır. Həkim və vətəndaşlar təyin olunan dərmanların istifadəsini sistem üzərindən izləyə bilirlər. Apteklərdə isə yalnız sistemdə aktiv olan reseptlər təqdim olunur ki, bu da qanunsuz dərman satışlarının qarşısını alır. Vətəndaşlar "Reseptim" adlı mobil tətbiq vasitəsilə təyinatlarını istənilən vaxt izləyə bilirlər.

Hazırda keçid mərhələsində olan sistemin tətbiqində müəyyən çətinliklərin olduğu da qeyd edilir.

Mərkəz bəzi tibb müəssisələrinin texniki imkanlarının yetərsizliyi, rəqəmsal bacarıqların fərqli səviyyədə olması və hüquqi tənzimləmələrin yetkin olmamasını əsas çağırışlar kimi göstərir. Buna baxmayaraq, tətbiq mərhələli şəkildə həyata keçirilir, eyni zamanda maarifləndirmə tədbirləri də davam etdirilir. Gələcəkdə isə resept məlumatlarının mərkəzləşdirilməsi, tibbi nəzarətin gücləndirilməsi və səhiyyə planlaşdırmasında effektivliyin artırılması kimi yeniliklər nəzərdə tutulur.

Məsələyə münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybulla saytımıza bildirib ki, elektron resept və ümumilikdə rəqəmsal səhiyyə sistemləri yalnız koordinasiyalı, vahid səhiyyə infrastrukturu olan mühitdə effektiv işləyə bilər. Onun sözlərinə görə, hazırda ölkədə bu cür əlaqələndirilmiş sistem mövcud deyil və rayonlarla kəndlərdəki səhiyyə strukturları bir-biri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərmir. Bu isə elektron sistemlərin effektivliyinə mənfi təsir edir:

“Elektron sistemlərin tətbiqi icbari tibbi sığortanın idarə olunması, klinik protokollara əməl olunması və dərman sərfiyyatının izlənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Lakin buna baxmayaraq, bu cür sistemlərə bir neçə dəfə keçid cəhdləri olsa da, hələlik genişmiqyaslı və davamlı şəkildə tətbiq edilməyib”.

Aytac Bəhruzqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 İyul 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see348

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see332

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see326

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see325

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see296

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see291

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see283

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see265

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see258

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see246

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see215

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see195

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see192

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see188

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri