Icma.az
close
up
RU
Dərmanlar ucuzlaşacaq: Bu qərar qəbul edilərsə...

Dərmanlar ucuzlaşacaq: Bu qərar qəbul edilərsə...

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman vasitələrinin təminatı prosesini açıqlayıb.

Bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev bildirib ki, vətəndaş tibb müəssisəsində qeydiyyatçıya yaxınlaşıb müvafiq ixtisaslı həkimin qəbuluna yönəldiləcək. 

Həkim tərəfindən müayinə olunacaq və diaqnoz qoyulacaq. Zəruri hallarda “E-Resept” sistemi ilə icbari tibbi sığorta üzrə resept yazılacaq. 

Vətəndaş resept əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış aptekə yaxınlaşacaq. Öz şəxsiyyət vəsiqəsini təqdim edəcək və ona sığorta hesabına qarşılanan dərman veriləcək.

İcbari tibbi sığortanın məlumat bazasında qeydiyyat aparılacaq, aptek tərəfindən təqdim olunan hesabatların ekspertizası aparılacaq və icbari tibbi sığorta fondu tərəfindən apteklərə ödənişlər ediləcək.

O bildirib ki, bu proses keyfiyyətli, effektiv və təhlükəsiz dərman vasitələrinin əlçatanlığını artıracaq. Həmçinin əczaçılıq bazarında azad rəqabətin artmasına da təsir göstərəcək.

Şərti kompensasiya məbləğinin 100 %-i Agentlik tərəfindən qarşılanacaq. Bu isə dərmanlara əlçatanlığı artıran mühüm addımdır. Məsələn, eyni təsiredici maddəyə malik üç ekvivalent dərmanın qiyməti belədir: 12 AZN, 15 AZN və 18 AZN. Modelə əsasən 12 AZN şərti kompensasiya məbləği təyin edilir və Agentlik bu məbləğin tam kompensasiyasını həyata keçirir.  

Ümumilikdə dərman vasitələri üzrə kompensasiya mexanizmi dərman qiymətlərinə necə təsir edəcək?

Məsələ ilə bağlı farmakoloq Aydın Əliyev “Cebheinfo.az”-a bildirib ki, burada məqsəd hamısı əhalinin müəyyən dərəcədə iqtisadi cəhətdən asılılıqlarını azaltmaqdır:

“Ancaq dərman qiymətlərinə necə təsir edəcəyinə gəldikdə, bu, həm bizim dövlət orqanları, həm də özəl şirkətlərdən asılıdır. Yəni çalışdıqları sahədə bunu nəzərə almalıdırlar. Fikrimcə, qiymətlərin artması yox, azalması baş verməlidir.

Çünki xəstələrimiz artıq dövlət təminatına keçirlər. Əgər qanunla dövlət hesabına keçirsə, vətəndaşların maddi rifahına, sağlamlığına kömək olur. Bu mənada dövlətə təhvil verilən dərmanlarda qiymət artmamalıdır”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Dərmanlar Aydın Əliyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Dekabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see795

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see711

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see259

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see254

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see251

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see241

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see233

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see228

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see222

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see190

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see189

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see188

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see186

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see183

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see182

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see179

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see174

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see168

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri