Dərmanların qiymət qaydalarına dəyişiklik təklif OLUNUR
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda dərman vasitələrinin Tarif (Qiymət) Şurasının müəyyən etdiyi yuxarı həddən aşağı qiymətə satılması zamanı vergitutma məqsədləri üçün bazar qiymətinin tətbiqi qaydalarının dəyişdirilməsi təklif olunur.
Redaktor.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.
Xatırladaq ki, "Dərman vasitələri haqqında" qanunun 15 avqust 2023-cü ilədək qüvvədə olan redaksiyasına əsasən, dövlət qeydiyyatına alınmış dərmanların tənzimlənmədən və ya müəyyən edilmiş qiymətlərdən yuxarı satılması qadağan idi. 2023-cü il avqustun 15-dən qüvvəyə minən dəyişikliklərlə dərman vasitələrinin qiymətlərinin yuxarı həddinin müəyyənləşdirilməsi təsbit edilib. Tarif (qiymət) Şurasının 15 sentyabr 2023-cü il tarixli qərarı ilə də təsdiq etdiyi topdan və pərakəndə satış qiymətləri yuxarı hədd kimi müəyyənləşdirilib. Beləliklə, dərmanların həmin qiymətlərdən aşağı satılmasına imkan yaradılıb.
Hazırda Vergi Məcəlləsinin 14.10-cu maddəsinə əsasən, Tarif (qiymət) Şurası tərəfindən qiymətləri tənzimlənən mallar təqdim edilərkən və alınarkən vergitutma məqsədləri üçün bazar qiyməti tətbiq olunduqda Şuranın müəyyən etdiyi qiymətlər əsas götürülür. Təklif olunur ki, dərman vasitələrinin Şuranın müəyyən etdiyi yuxarı həddən aşağı qiymətə satılması zamanı bazar qiymətinin hesablanmasında
Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin müddəaları nəzərə alınsın. Bu məqsədlə Məcəllənin 14.10-cu maddəsinin təkmilləşdirilməsi zəruri hesab olunur.
Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 18 Noyabr 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















