Icma.az
close
up
RU
Dərs saatına görə deyil, iş saatına əsaslanan maaş sistemi olsun Tanınmış müəllim

Dərs saatına görə deyil, iş saatına əsaslanan maaş sistemi olsun Tanınmış müəllim

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Hazırda ölkəmizdə müəllimlərin maaş sistemi əsasən dərs saatına görə hesablanır. Yəni müəllimin aylıq məvacibi onun həftəlik dərs yükünə əsaslanır. Məsələn, bir müəllimin həftəlik dərs yükü 18 saatdırsa, onun maaşı həmin 18 saata görə hesablanır və ayda sabit məbləğdə ödənilir. Əslində, müəllim bir ayda təxminən 72 saat dərs keçmiş olur (18 saat × 4 həftə = 72 saat), amma yenə də “18 saatlıq dərs yükünə görə” maaş alır".

Bu barədə Redaktor.az-a tanınmış müəllim Səbinə Əsədova müəllimlərin əməkhaqlarının dərs saatına görə deyil, iş saatına uyğun müəyyənləşdirilməli olmasından danışarkən bildirdi.

Onun fikrincə, bu model, yəni “18 saatlıq dərs yükünə görə” ​​maaş sistemi ​​​​​müəllimlərin əməyini tam şəkildə əks etdirmir:

"Çünki müəllimin işi yalnız sinifdə keçdiyi 18 saatlıq dərslə məhdudlaşmır. O, dərs planları və təqdimatlar hazırlayır, jurnalları doldurur, qiymətləndirmə aparır, valideynlərlə və rəhbərliklə görüşür, təlimlərdə iştirak edir. Lakin bu işlərin hamısı maaş hesablamasında nəzərə alınmır. Nəticədə, müəllim real olaraq 40-45 saat işləsə də, ödəniş yalnız 18 dərs saatına görə olur. Bu, həm motivasiyanın azalmasına, həm də işin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Müəllimlər cəmiyyətin gələcəyini formalaşdıran ən mühüm peşə sahibləridir. Onların əməyinin ədalətli qiymətləndirilməsi yalnız fərdi rifahı deyil, həm də təhsilin keyfiyyətini artırar".

Səbinə Əsədova qeyd etdi ki, müəllimlərin məvacibi iş saatına görə hesablanarsa, bu, bir sıra müsbət dəyişikliklərə gətirib çıxara biləcəyi halda, mənfi fəsadlar da yarada bilər.

"Belə ki, əməkhaqqı ədalətli bölünər - müəllimin dərsdənkənar fəaliyyəti də maaşda nəzərə alınar. Müəllim gördüyü əməyin qarşılığını aldığı üçün daha həvəslə işləyər. Nəticədə təhsil səviyyəsi yüksələr.
Digər tərəfdən, təbii ki, bu sistemin tətbiqi üçün əvvəlcə bir sıra məsələlər həll olunmalıdır. Yəni müəllimlərin real iş saatlarının qeydiyyatı üçün vahid mexanizm yaradılmalı, məktəblərin büdcəsi və dövlət xərcləri yenidən planlaşdırılmalı, şəffaflıq və hesabatlılıq təmin edilməlidir. Dərs saatına görə deyil, iş saatına əsaslanan maaş sistemi müəllimin bütün fəaliyyətini əhatə etməli, ədalətli və müasir yanaşma kimi təhsilin inkişafına böyük töhfə verməsi planlaşdırılmalıdır.

Bu sadaladıqlarımın olmayacağı təqdirdə müəllimin yenə eyni məvaciblə daha çox saat işdə saxlanılması nəzərdə tutulursa, verilmiş təklifin tətbiqi nəinki təhsildə, həm də cəmiyyətin sosial həyatında ciddi və qarşısıalınmaz problemlərə təkan verəcəkdir. Doğrusu irəli sürülmüş təklifin hazırkı vəziyyət üçün həyata keçirilməsi münasib mexanizm kimi görmürəm. Bu uzun və mərhələli bir zaman aşımından keçməlidir", - deyə o, bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Oktyabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri