Icma.az
close
up
RU
İş saatına görə maaş sistemi müəllimlərin iş yerlərinə olan münasibətinin dəyişməsi üçün müsbət addımdır

İş saatına görə maaş sistemi müəllimlərin iş yerlərinə olan münasibətinin dəyişməsi üçün müsbət addımdır

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Müəllimlərin maaşının dərs saatına deyil, iş saatına uyğunlaşdırılması adi bir təklif deyil. 2025-ci ildə bir neçə dəfə bu məsələ qaldırılıb. Hətta elm və təhsil naziri Emin Əmrullayev brifinqlərinin birində demişdi ki, nə qədər ki, müəllimlərin iş saatı ilə əməkhaqqını ölçməyəcəyik, problemlərimiz olacaq".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Elşən Qafarov müəllimlərin maaşının dərs saatına deyil, iş saatına uyğunlaşdırılması təklifindən danışarkən bildirdi.

"Məktəblərdə ştat vahidləri ilə bağlı Nazirlər Kabinetinin üç qərarı var. Ümumtəhsil məktəblərində, lisey və gimnaziyalarda ştat vahidləri Nazirlər Kabinetinin 26 may1996-cı il tarixli, 59 nömrəli qərarı ilə tənzimlənir. İnternat tipli məktəblərdə isə Nazirlər Kabinetinin 23 iyun 2006-cı il tarixli, 157 nömrəli qərarı ilə tənzimlənir. Əqli geriliyi olan internat tipli ümumtəhsil məktəblərindəki ştat vahidləri isə Nazirlər Kabinetinin 9 yanvar 1992-ci il tarixli, 6 nömrəli qərarı ilə tənzimlənir. Hər üç qərarda müəllim ştatı yoxdur".

Müsahibimiz vurğuladı ki, dərs saatı azalıb-artanda isə o müəllimin taleyi ilə bağlı addım atmaq olmur:

"Demək olar ki, postsovet məkanından - MDB məkanından başqa, bütün ölkələrində müəllim ştatı var. Bəzi ölkələrdə 12, bəzilərində 14, bəzilərində isə 16 saat müəllimin dərs saatına - ştat vahidinə daxildir. 12, 14, 16 saatdan əlavə dərs aparırsa, bu hal-hazırkı vəziyyətdə əlavə əməkhaqqı alır. Amma reallıq ondan ibarətdir ki, bizdə bu iş necə qurulacaq? Təxmini hesab etmək olar ki, 18 saat bir ştat müəyyən oluna bilər, ştat yarım 27 saat müəyyən oluna bilər. Yarım ştatda isə 9 saat müəyyən olunacaq. İstənilən halda təhsil müəssisələrində nizam-intizam qaydalarının yaradılması, müəllimlərin iş yerlərinə olan münasibətinin dəyişməsi üçün müsbət addımdır və düşünürəm ki, tətbiq etsələr, orta təhsil məktəbində iş rejiminin qurulması üçün ciddi dəyişiklik olacaq".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Noyabr 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see238

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see232

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see226

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see217

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see201

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see196

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see170

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see166

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see162

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see149

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see142

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see139

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see138

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see137

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see136

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see135

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see132

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see131

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see130

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri