Icma.az
close
up
RU
Dərsə gedən bir uşaq...

Dərsə gedən bir uşaq...

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Məktəbəqədər təhsil bilik marafonunun ilk addımıdır

Təhsilə yol bağçadan başlayır və məktəbəqədər təhsil pilləsi ilə davam edir. Məhz bu dövrdə gələcək inkişafın, şəxsiyyət kimi formalaşmanın təməli qoyulur. 

Məktəbəqədər təhsil isə inkişafın müxtəlif sahələrinə təsir göstərir: məntiq, hafizə və diqqət güclənir, idman, hərəkətli oyunlar və rəsm vasitəsilə uşağın estetik zövqü formalaşır. Çətinliklərə uyğunlaşma, emosiyaların idarəsi bacarığı inkişaf edir, sadə tapşırıqları yerinə yetirməklə müstəqillik qazanılır. Məktəbəqədər hazırlıq prosesinin sonunda yeni mərhələ başlayır: məktəbli olmaq. 1-ci sinfə başlamaq fərqli sosial həyata qədəm qoymaq deməkdir. Buna görə də uşaqları məktəbə hazırlamaq üçün bir sıra proseslər həyata keçirilməlidir. Qeyd etmək lazımdır ki, 2025-2026-cı tədris ili üzrə uşaqların 1-ci sinfə qəbul prosesinə mayın 6-da start verilib. İndiyədək 125 min uşağın birinci sinfə qəbulu yekunlaşıb.

Bu barədə Uşaq Psixo Nevroloji Mərkəzin psixoloqu Zərifə Babayeva bildirdi ki, uşaqların məktəbə uyğunlaşması zamanı fərdi yanaşma vacibdir. Bu yanaşma uşağın temperamentinə, emosional vəziyyətinə görə dəyişir və oyun, söhbət, yaradıcı fəaliyyətlər vasitəsilə həyata keçirilə bilər. Uzunmüddətli adaptasiya çətinlikləri uşağın motivasiyasını zəiflədə, sosial münasibətlərdə çəkingənliyə və özünüifadə problemlərinə səbəb ola bilər. Bu baxımdan valideyn və müəllimlərin diqqəti, qayğısı mühüm rol oynayır. Uşağın kiçik uğurlarının qeyd olunması onun özünəinamını artırır və uyğunlaşma prosesini asanlaşdırır. Rol oyunları, yaradıcı məşğələlər və komanda fəaliyyətləri uşağın adaptasiyasını sürətləndirən ən təsirli üsullardandır. Bu fəaliyyətlər həm emosional sabitliyin möhkəmlənməsinə, həm də sosial bacarıqların inkişafına kömək edir.

Uşaq psixoloqu Gülşən Cəfərova əlavə etdi ki, bu dövrdə şagirdlər müxtəlif psixoloji dəyişikliklər yaşayır və adaptasiya prosesi bir qədər çətin olur. 6–7 yaşlı uşaqların qorxuları, davranışları və sosial münasibətləri nəzərə alınmadan uğurlu uyğunlaşma mümkün deyil.

Bu yaşda normal sayılan qorxular əsasən sosial xarakter daşıyır. Onlar dərsə gecikməkdən, səhv cavab verməkdən, fasilədən sonra sinfi tapa bilməməkdən narahat olurlar. Dostsuz qalmaq qorxusu da müşahidə olunur. Bəzi hallarda isə “bağça dövrünə” aid qorxular qalır: anadan ayrılmaqda çətinlik çəkmək, yeni situasiyalar qarşısında güclü narahatlıq keçirmək davam edir. Bu qorxular vaxtında müşahidə olunmalı, valideyn və müəllim tərəfindən düzgün idarə edilməlidir. Uşaqlar məktəb binası və müəllimlə öncədən tanış edilməlidir. Bu, onlarda məktəb mühitinə dair ilkin təsəvvür yaradır və həyəcanı azaldır. Eyni zamanda nağıl terapiyası metodundan istifadə etmək də faydalıdır – məktəbli özünü nağıl qəhrəmanı ilə eyniləşdirərək yeni situasiyalara daha asan uyğunlaşır.

Mütəxəssislərin fikrincə, birinci sinif adaptasiya ili hesab olunmalıdır. Bu dövrdə uşaq dərsə hazırlaşmağı, çantasını yığmağı, dostluq etməyi, axşamdan geyimlərini və dəftər-qələmini qaydaya salmağı öyrənir. Eləcə də cədvəllə işləmə bacarığı qazanır. Ən önəmli məqam isə valideynlərin yanaşmasıdır. Balacalar məktəbə sevərək getməlidirlər. Bu mərhələdə diqqət qiymətlərə deyil, uşağın məktəb mühitinə uyğunlaşmasına yönəlməlidir. Əgər ilk gündən qiymət təzyiqi artırılarsa, məktəb uşağın gözündə maraqlı deyil, stresli bir məkana çevrilə bilər.

Psixoloqlar azyaşlıların maraq və həvəsini artırmaq üçün müxtəlif metodikaların tətbiqini məsləhət görürlər. Onlardan biri də “yaşıl qələm” metodikasıdır. Bu metodda uşaqların düzgün cavabları yaşıl qələmlə işarələnir və diqqət səhvlərə deyil, doğru cavablara yönəldilir. Beləliklə, o, daha çox düzgün cavab yazmağa fokuslanır və özünə inamı artır. Əksinə, qırmızı qələmin istifadəsi uşağın psixoloji durumuna mənfi təsir edə, motivasiyanı azalda bilər.

Valideynlər övladlarının məktəbdən kənar dostluqlarını dəstəkləməlidirlər. Bunun üçün sadə yollar mövcuddur: uşaqları parkda görüşdürmək, evə dəvət etmək və ya birgə oyun saatları təşkil etmək. Beləliklə, uşaqların məktəbdən kənarda da münasibətləri möhkəmlənir və bu, onların məktəb daxilində ünsiyyətinə də müsbət təsir edir.

Məktəb azyaşlılar üçün yeni bir dünya deməkdir. Bu dünyaya rahat qədəm qoymaq üçün valideyn, müəllim və psixoloqların dəstəyi vacibdir. Uşaqların qorxularını, emosional vəziyyətini nəzərə almaq, düzgün motivasiya üsullarından istifadə etmək birinci sinfin həqiqətən də adaptasiya ili olmasına, uşaqların isə məktəb həyatına sevə-sevə uyğunlaşmasına imkan yaradır.

Ləman TƏHMƏZ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Sentyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see764

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see310

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see290

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see279

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see261

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see251

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see237

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see225

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see209

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see199

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see191

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see185

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see185

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see184

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see182

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see178

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see176

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see169

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri