Millimiz Tacikistanla qarşılaşacaq
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Futbol üzrə Azərbaycan millisi bu il sentyabrın 23-də Bakıda Tacikistanın komandası ilə yoldaşlıq oyunu keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə tanınmış jurnalist Rasim Mövsümov sosial şəbəkə hesabında məlumat verib.
Xəbər Tacikistan Futbol Federasiyası tərəfindən də təsdiqlənib. Sözügedən rəqiblə əvvəlki qarşılaşmalarda – 1993-cü ildə Tehranda beynəlxalq turnirdə və 2007-ci ildə Düşənbədə yoldaşlıq görüşündə Azərbaycan futbolçuları qələbə qazanıblar – 2:0 və 3:2.
Tacikistanla oyundan əvvəl – iyunda məşq toplanışı keçirəcək Azərbaycan millisi ayın 5-də Malta, 9-da isə San Marino komandaları ilə qüvvəsini sınayacaq. Bu matçlar Macarıstanda keçiriləcək.
Taciklərlə qarşılaşmadan sonra isə Azərbaycan millisi 2026/27 UEFA Millətlər Liqası D liqası çərçivəsində sentyabrın 27-də səfərdə Litva, daha sonra oktyabrın 1-də evdə Lixtenşteyn və 4-də isə yenidən Litva komandaları ilə üz-üzə gələcək.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 23 May 2026 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















