Icma.az
close
up
RU
Dərslər açılır, tıxaclar artır Avtobuslar hamıya bəs edəcək?

Dərslər açılır, tıxaclar artır Avtobuslar hamıya bəs edəcək?

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Metroda xətlərin ayrılma prosesi əhalinin marşrut avtobuslarına üz tutmasına səbəb oldu. Növbəti həftədən etibarən tədris ilinin başlaması ictimai nəqliyyata olan tələbatı daha da  artıracaq.

Bəs görəsən, marşrut avtobusları kütləvi şəkildə insan tələbatını qarşılaya biləcəkmi?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, 28 müntəzəm marşrut xətti əlavə avtobuslarla gücləndirilib:

“Bakı metropolitenində xətlərin ayrılması layihəsinə başlanıldığı üçün alternativ daşımaların təmin edilməsi məqsədilə 7 ekspres marşrutu təşkil edilib. Bundan  savayı 28 müntəzəm marşrut xətti əlavə avtobuslarla gücləndirilib. Hazırda metro xətlərinin ayrılması layihəsi başlandığı andan əlavə 150 avtobus Bakı şəhərində bu 35 marşrutu gücləndirib. 35 gücləndirilmiş marşrutla ümumillikdə gün ərzində 520 000 sərnişin daşınır. Bu da layihənin icrasından öncəki vəziyyətlə müqayisədə gündəlik 200 000-ə yaxın əlavə sərnişin deməkdir.

Qeyd edək ki, təhlillər davam edir və real vaxt rejimində lazımi qərarlar qəbul olunur, təkmilləşmələr aparılır. M6 ekspes marşrutu uzadıldı, yeni M7 marşrutu istifadəyə verildi, 2 marşruta (M1 və M2) ikinci validator quraşdırılaraq orta qapıdan daxil olma imkanı yaradıldı, tələbat olan dayanacaqlarda genişləndirilmə işləri aparılır. Vacib məqam isə - 150 avtobus hazır vəziyyətə gətirilərək tezliklə istismara veriləcək”.

Metronun müəyyən stansiyalarını əvəz edən ekspres avtobusların, eləcə də digər marşrut avtobuslarının sayının artırılması yollarda sıxlığı bir qədər artıracaq, bəs bu halda tıxacların qarşısını almaq üçün nə etmək lazımdır?

Nəqliyyat eksperti Elməddin Muradlı Lent.az-a açıqlamasında bildirib ki, tədris ili başlayandan sonra yaranan çətinliklərə uyğun tədbirlər görmək olar:

“Bu proses, təbii ki, özlüyündə müəyyən çətinliklər yaradacaq. Avtobusların hərəkəti üçün xüsusi avtobus zolaqları yaradılıb. Yəni müntəzəm marşrut xətti üzrə işləyən avtobusların hərəkət etdiyi zolaqlarla ekspres avtobuslar da hərəkət edə bilər.

Amma bu prosesi biz keçməliyik, bunun hansısa bir yolu tapılmalıdır. Azərbaycanda metroda xətlərin ayrılması ilk dəfə həyata keçirilir. Bunun yaradacağı fəsadları proses başlayanda daha aydın görə bilərik. Ona uyğun addımların atılması barədə də təkliflər verə bilərik. İndiki halda lazım olan addımlar atılıb.

Ancaq Bakı onsuz da tıxaclar şəhəridir. Getdikcə vəziyyət daha da pisləşir. Bəli, bu proses özü də müəyyən təsir göstərəcək. Mən düşünmürəm ki, vəziyyət çox yaxşı olacaq.

Amma sərnişinlərin yolda qalmaması və daşınması üçün AYNA tərəfindən müəyyən addımlar atılır. Tədris ili başlayanda isə artıq biz tamamilə aydın şəkildə görə biləcəyik ki, nə kimi problemlər ortaya çıxır və bunun qarşısını necə almaq olar. Onda bu barədə daha dəqiq fikir yürütmək mümkün olacaq.

İndi bunu proqnozlaşdırmaq belə çox çətindir. Artıq müəyyən fəsadlar görünür, problemlər yaşanır və buna uyğun müzakirələr gedir.

Avtobusların tıxacda qalması məsələsi, bəli, xüsusi zolaqlar olmayan yerlərdə mümkündür. Bu, bütün nəqliyyata aid olan bir prosesdir. Ona görə biz bu gün yerüstü problemləri həll etmək üçün yeraltı nəqliyyatı, yəni metronu inkişaf etdirməyə çalışırıq. Dövlətimiz də bunun üzərində çalışır.

Bunu ağrısız-acısız həyata keçirmək mümkün deyil. Bu baxımdan bir qədər səbirli və təmkinli olmağı tövsiyə edirəm. Proses başlasın, həmin ərəfədə də müəyyən addımlar atıla bilər. O dövrdə hansısa problemlər ortaya çıxarsa, onların qarşısını almaq üçün dövlət qurumlarının gücü və imkanı var”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://lent.az
archiveBu xəbər 10 Sentyabr 2026 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri