Icma.az
close
up
RU
Dərslik müəllifləri dərsliyi yazan zaman qazanca yox, öz vicdanlarına fokuslansınlar Əməkdar müəllim

Dərslik müəllifləri dərsliyi yazan zaman qazanca yox, öz vicdanlarına fokuslansınlar Əməkdar müəllim

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dərsliklərdə təqdim olunan materialların dili ilə bağlı çətinliklər uzun müddətdir ki, təhsil mütəxəssisləri və müəllimlərin müzakirə mövzusudur. Onlar dərslik dilinin şagirdlər üçün çətin olduğunu, məzmunu qavrama prosesinə mane yaratdığını qeyd edirlər. Hətta elm və təhsil naziri Emin Əmrullayev də brifinqlərdən birində dərsliklərin dilinin şagirdlərin oxuyub-anlaması baxımından çətinlik yaratdığını vurğulamışdı.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında keçmiş deputat, Əməkdar müəllim Sona Əliyeva bildirdi ki, dərsliklərin dili ilə bağlı narazılıqlar tamamilə haqlıdır:

"İllərdir həm müəllimlər, həm valideynlər, həm də təhsil mütəxəssisləri eyni problemi dilə gətirir. Çox vaxt dərsliklərdəki mətnlər o qədər ağır, o qədər akademik, bəzən səhvlərlə dolu yazılıb ki, şagird mətni anlamır. O səbəbdən də, şagird dərsi də, fənni də qavraya bilmir. Nazir Emin Əmrullayevin də açıq şəkildə “dərsliklərin dili uşaqlar üçün çətindir” deməsi reallığı bir daha təsdiqləyir. Yəni problem var və bu, tək bir məktəbin, tək bir müəllimin məsələsi deyil, bu, təhsil sistemimizin problemidir".

Təhsil mütəxəssisinin fikrincə, dərslik dilinin ağır olması çox ciddi fəsad yaradır:

"Məsələn, şagird dərsliyi oxuyur, lakin, anlamır, yəni qeyd olunanların səbəb-nəticə əlaqəsini başa düşmür, sadəcə əzbərləyir. Uşaq mətnin dilini başa düşməyəndə müəllim dərsi izah etmək əvəzinə, dərsliyi “tərcümə etməyə” başlayır. Bu da öyrənməni məzmunsuz, anlaqsız əzbərləməyə çevirir. Ağır cümlələr, uzun və dolaşıq fikirlər 10–12 yaşlı bir uşağın təfəkkür-idrak xüsusiyyətlərinə uyğun deyil. Zamanla uşaq özünü “bacarıqsız” hiss edir və dərsdən uzaqlaşır. Bu problemlərin olması həm də müəllimin yükünü ikiqat artırir. Müəllim dərsdə bacardığı qədər dərsliyi sadələşdirməyə çalışır, həm də uşaqlara o sadələşmiş versiyanı öyrədir. Bu, əlavə vaxt, əlavə yorğunluq, əlavə stres deməkdir. Ən əsas diqqət etməli olduğumuz məqam isə odur ki, oxuyub-anlama zəif olanda bütün fənlər bundan təsirlənir. Yəni paralel olaraq digər fənnlərdən də uşaq geri qalır. Bu gün PİSA nəticələrində zəif performansın əsas səbəblərindən biri də məhz budur: uşaq mətni başa düşmürsə, heç bir fəndə yüksək nəticə verə bilməz".

Əməkdar müəllim tövsiyə edir ki, dərslik müəllifləri dərsliyi yazan zaman qazanca yox, öz vicdanlarına fokuslansınlar.

"Özünü daha savadlı göstərmək üçün çətin akademik ifadələrlə yazdılan kitabların nə onlara, nə də təhsilimizə faydası var. Birmənalı şəkildə dərsliklərin dili uşağın yaşına uyğunlaşdırılmalıdır, sadə, aydın və anlaşıqlı olmalıdır. Dərslik hazırlanarkən filoloq, psixoloq, metodist və müəllimlər bir komanda kimi işləməlidir. Dərsliklər təsdiq edilməzdən əvvəl real şəkildə pilot məktəblərdə test edilməlidir. Nəticələr isə qərəzsiz və ədalətlə təhlil edilməlidir. Dərslik uşağın öyrənməsini çətinləşdirən yox, asanlaşdıran alət olmalıdır. Dil anlaşıqlı olmadıqda, nə motivasiya qalır, nə də öyrənmə. Əgər biz təhsilin keyfiyyətini artırmaq istəyiriksə, ilk toxunmalı olduğumuz məhz dərsliklərin dili və məzmunudur", - deyə Sona Əliyeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Dekabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri