Icma.az
close
up
RU
Müəllim yox, dərslik çatışmır: Rus məktəbləri pullu olmalıdır

Müəllim yox, dərslik çatışmır: Rus məktəbləri pullu olmalıdır

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Son günlər Rusiyada yaşayan soydaşlarımızla bağlı baş verən hadisələr Azərbaycanda bir sıra sahələrə, o cümlədən təhsil sisteminə də yeni baxış tələb edir. 

Belə ki, bu gün Azərbaycanda 340 rusdilli məktəb fəaliyyət göstərir. Onlardan 17 məktəb yalnız rus dilində tədris aparır. Bu məktəblər Naxçıvan şəhərində (1), Balakən (3), Qəbələ (3), Quba (2), Qusar (2), Qax (1), Zaqatala (1), Goranboy (1), Xaçmaz (1) rayonundadır. Rus bölməsində təhsil alan şagirdlərin sayı təxminən 156–160 min nəfərdir. Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində isə bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur. 

Qeyd edək ki, bu gün Rusiyada bir Azərbaycan məktəbi var ki, onu həmin ölkədəki diasporumuz yaradıb və burada təhsil alanlar isə ancaq azərbaycanlı uşaqlardır. 

Azərbaycandakı məktəblərdə də rus dilində təhsil alan şagirdlərin əsas hissəsini məhz azərbaycanlı uşaqlar təşkil edir. Belə ki, Sovet rejiminin dağılmasına baxmayaraq, hələ də bir sıra ailələr rus dilində danışmağa, övladlarını da rus dilində olan məktəblərdə təhsil almasına üstünlük verirlər. 

Bu da bir faktdır ki, bəzi valideynlər özləri rus dilini bilməsələr belə, övladlarının məhz bu dildə təhsil almasına çalışırlar. Bəzi valideynlər isə rus dilində danışmağı “şərəf” hesab edirlər. 

Bu gün dövlət büdcəsindən təhsilə ayrılan vəsaitdən həm də 0rusdiili məktəblərə sərf olunur. Amma başqa dillərdə, məsələn, ingilis dilində olan məktəblər ödənişlidir və doğrusu da budur. Xarici dildə təhsil almaq istəyən şəxs bunu dövlət büdcəsi hesabına yox, oz vəsaiti hesabına həyata keçirməlidir.

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, son bir neçə ildir təbii bir proses gedir: 

“Bu, həm də sevindirici bir haldır ki, artıq insanlar rus məktəblərində övladlarını oxudub onun əziyyətini çəkirlər. 

Müəyyən qədər bu proseslə bağlı kampaniya başlayıb. Bu, onunla əlaqədardır ki, artıq rus bölmələrində tədrislə məşğul olacaq müəllim yoxdur. Yəni artıq 5-ci sinifdən sonra ayrı-ayrı fənnlər üzrə tədrislə məşğul olacaq müəllimlərlə bağlı çox ciddi çatışmazlıq yaranıb. 

İkinci səbəb isə odur ki, ali məktəblərə qəbul imtahanı zamanı rus bölmələrini bitirənlər kifayət qədər aşağı balla vacib sayılan ixtisasları seçə bilirdilər. Artıq o tendensiya da rəqabət artdığı üçün aradan qaldırılıb. 

Bu gün Azərbaycanda 340 ümumtəhsil məktəbində rus bölmələri var. Onlardan 17-si birbaşa rus dilində təhsili verən məktəblərdir. İkili məktəblər var ki, tədris həm rus, həm də Azərbaycan dilindədir, burada müəllim çatışmazlığı ucbatından şagird qəbulu ilə bağlı məktəb direktorlarının ciddi narazılığı yaranıb. 

Fikrimcə, bu proses də yaxın 2-3 il ərzində rus bölməsinə olan münasibəti sıfıra endirəcək. Həvəs göstərənlər olsa belə, bu, mümkünsüz hala gələcək. Çünki faktiki olaraq çatışmazlıqlar var”. 

Ekspert bildirib ki, dərs vəsaitləri çatışmır: 

“Elm və Təhsil Nazirliyinin də yalnız Azərbaycan bölmələri üçün öhdəliyi var. Rus bölmələri üçün hər hansı bir öhdəliyi yoxdur. Son günlər Rusiyada baş verən proseslər də milli oyanışın bir təkanı kimi olacaq. İndiyə qədər də rus dilini ana dili hesab edilənlər üçün bir nəticə olacaq”. 

Ekspertin sözlərinə görə, son illər bu fikir də səslənməyə başlayıb ki, Rusiyada yaşayan azərbaycanlı və digər xalqların nümayəndələri üçün təhsil ödənişlidirsə, niyə o zaman rus bölməsini seçənlərlə bağlı tədris ödənişli olmasın: 

“Azərbaycanda nazirliyin öhdəliyi yalnız Azərbaycan məktəbləri ilə bağlıdır. Ancaq büdcədən rus bölmələri üçün də vəsait ayrılır. Fikrimcə, bu, özəl sektorda olduğu kimi ödənişli olmalıdır. 

Ona görə də bu amil rus bölmələrinin sıradan çıxmasında müəyyən rol oynayacaq. Bu gün ölkədə fəaliyyət göstərən bir sıra xarici dilli, məsələn, ingilisdilli məktəblər var ki, orada təhsilhaqqı 10-50 min manat arasında dəyişir. 

Eyni qayda rus bölmələri üçün tətbiq edilməlidir. Yəqin ki, bundan sonra rus bölmələri üçün olan təşəbbüs artıq sıradan çıxacaq və 2-3 il ərzində biz bunu müşahidə edəcəyik”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

 

Açar sözlər: Müəllim dərslik rus məktəbi Məzahir Məmmədli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 İyul 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri