Icma.az
close
up
RU
Dərsliklərdə problem var Nazir

Dərsliklərdə problem var Nazir

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bizim dərsliklərdə ciddi məzmun problemi var.

Axar.az xəbər verir ki, bunu APA-ya, Trend-ə və Xəzər TV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Nəzərə almaq lazımdır ki, biz müxtəlif dillərdə 300-dən çox dərslik çap edirik və “səhvlər” deyəndə hansı səhvlərdən danışdığımız da vacibdir. Dərsliklər, müəyyən mənada, qısa müddətdə hazırlanır. Əvvəllər bu müddət daha qısa idi. İndi isə bu proses bəzi hallarda 2-3 il çəkir. Yəni əvvəlki dövrlərdə 6 ay ərzində kiməsə tapşırıq verilirdi ki, yüz minlərlə uşağın istifadə edəcəyi dərslik hazırlasın. O dərslikdə səhv olma ehtimalı var idimi? Əlbəttə. İndi isə proses fərqlidir. Dərslik yazılır, sonra ümumtəhsil müəssisələrinə bir illik sınaq üçün göndərilir. Daha sonra müəllimlərdən, şagirdlərdən rəylər toplanılır, dərslik yenidən işlənilir. Ondan sonra müvafiq qurumlara, yəni sahəvi müəssisələrə göndərilir. Dövlət İmtahan Mərkəzinin ekspertləri tərəfindən də rəy verilir. Ən vacibi isə bütün dərsliklər ictimaiyyət üçün açıqdır. Yəni dərslik çap olunmamışdan əvvəl Azərbaycan vətəndaşları onu görə, oxuya və rəy bildirə bilirlər. Ona görə mənim ikinci arqumentim bundan ibarətdir ki, dərslik üçün ürəyi yanan insanlar çapdan əvvəl həmin səhvləri tapsa, bu uşaqlar üçün də, bizim üçün də faydalı olar. Amma dərslik çap olunandan sonra kimsə çay içə-içə orada bir hərf səhvi tapıb bunu Azərbaycan təhsilinin ən böyük problemi kimi təqdim edirsə, mən bunu əhəmiyyətli hesab etmirəm. Dərsliklərdə hərf səhvləri həmişə olub. Məncə, bundan sonra da olacaq. Həm də biz çox qeyri-müəyyən saylardan danışırıq. Səhv deyəndə neçə səhvdən söhbət gedir? Mənə görə, riyazi olaraq, çox vacibdir ki, neçə səhifə dərslik çap olunur və onun neçəsində səhv var? Amma məndən soruşsanız ki, dərsliklərdə problem varmı? Bəli, bizim dərsliklərdə ciddi problemlər var. O mənada ki, bizim əsas məzmun problemimiz var. Yəni biz oturub fizika, kimya, biologiyanın gələcək nəslə uyğun olub-olmamasının mübahisəsini edək. Burada, daşıdığım vəzifənin funksiyası olmasa da, tənqid edən tərəf də ola bilərəm. Dərslikdə hansısa mövzu ümumiyyətlə yoxdursa, bu artıq ciddi problemdir. Hansısa mövzu artıqdırsa, bu da ciddi problemdir. Biz bu qədər mövzunu keçməliyikmi? Bəlkə, daha az mövzu keçməliyik? Bəlkə, fərqli mövzular keçməliyik? Bəlkə, Azərbaycan tarixi, Azərbaycan dili, kimya və ya biologiya dərsliklərinə yeni elmi nailiyyətləri daxil etməliyik? Mən nə mediada, nə də ictimai müzakirələrdə bu tip narazı mövqe görmüşəm. Görsəm, çox sevinərdim”, - nazir vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://axar.az
archiveBu xəbər 22 İyun 2026 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri