Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyəli teleaparıcı Saba Tümer ideal kişidə axtardığı xüsusiyyətləri açıqlayıb.
Milli.Az musavat.com-a istinadən bildirir ki, Saba Tümer bu barədə Melis İşitenin təqdim etdiyi "Zaten Şov" proqramında danışıb.
Aparıcı bir kişidə onu cəlb edən beş əsas xüsusiyyəti sadalayıb: birlikdə əylənə bilmək, yaxşı öpüşmək, yumor hissinə malik olmaq, çox varlı olmaq və xoş qoxmaq.
Tümer eşq həyatı ilə bağlı açıqlamalarında ən uzun münasibətlərinin Xərçəng bürcündə olan kişilərlə yaşandığını da bildirib.
"Ən uzun münasibətlərim həmişə Xərçəng bürcü kişiləri ilə olub. Artıq Xərçəng kişilərinin nə qədər şirin yalançı olduğunu biləcək qədər təcrübəliyəm. Tövbə!" - deyə o, zarafatla qeyd edib.
Flört etməyi sevdiyini gizlətməyən aparıcı münasibətlərdə fiziki uyğunluğun və enerjinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, insanlar arasında kimyəvi uyğunluq məcburiyyətlə yaranmır.
Saba Tümer müasir münasibətlərdə səmimiyyətin azaldığını da düşünür. O, insanların həm dostluqda, həm də şəxsi münasibətlərdə daha süni davrandığını, nümayiş və özünü göstərmək həvəsinin artdığını bildirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:204
Bu xəbər 09 Noyabr 2026 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















