Deşam Azərbaycanla matçdan əvvəl: Heyətdə bəzi dəyişikliklər edəcəm
Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
Fransa milli komandasının baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində D qrupunun 6-cı turunda Bakıda Azərbaycana qarşı keçiriləcək oyun barədə danışıb.
Sportal.az Fransa Futbol Federasiyasına istinadən xəbər verir ki, təcrbəli mütəxəssis 2 gündən sonra baş tutacaq görüş haqda bunları deyib:
“Qarşımızda üç saatlıq vaxt fərqi ilə uzun səyahət var. Ukrayna ilə oyundan cəmi 2 gün sonra bunu reallaşdıracağıq. Çox güman ki, heyətdə bəzi dəyişikliklər edəcəm. İtkilərimiz var, bəziləri bizimlə səfər görüşünə yollanmayacaq".
Deşam, əlavə edib ki, əzələ problemləri yaşayan Eduardo Kamavinqa və cəzalı Manu Kone Bakıya gəlməyəcəklər. Azərbaycan-Fransa matçı 16 noyabrda Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:00-da başlayacaq.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 14 Noyabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















