Dəstəyə ümid edirik, görüşə hazırlaşıram Zelenski
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yaxın vaxtlarda Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfəri nəzərdə tutulur.
Ölkə.Az xəbər verir ki, bunu dövlət başçısı özü deyib.
“Komandalarımız Ukrayna və Amerika Birləşmiş Ştatları görüş üzərində işə başlayıb. Andrey Yermak və Mixael Uolts danışıblar. Müsbət nəticələr var. Ümid edirik ki, gələn həftə ilk nəticələri görəcəyik”, - Zelenski qeyd edib.
Zelenski onu da əlavə edib ki, Ukrayna hazırda beynəlxalq müstəvidə aktiv diplomatiya yürütməkdədir.
O həmçinin bildirib ki, martın 6-da Brüsseldə keçiriləcək Aİ sammitinə fəal şəkildə hazırlaşır.
“Biz həmçinin Avropaya inteqrasiyaya, yəni üzvlük danışıqları prosesində klasterlərə aid olan Avropa istiqamətində hərəkəti bərpa etməliyik. Biz tərəfdaşlarımızın dəstəyinə ümid edirik”, - Zelenski əlavə edib.
Mürtəza
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 06 Mart 2025 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















