Devid Bekhem ABŞ Milli Futbol Şöhrət Zalına daxil ediləcək
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
İngiltərə millisinin sabiq futbolçusu, “İnter Mayami” klubunun həmsahibi Devid Bekhem 2027-ci ildə ABŞ Milli Futbol Şöhrət Zalına daxil ediləcək.
İdman.Biz xəbər verir ki, bu barədə MLS-in rəsmi saytı məlumat yayıb.
Təntənəli mərasim 2027-ci il aprelin 16-da ABŞ-ın Texas ştatının Dallas şəhərində yerləşən “Toyota” stadionunda keçiriləcək.
Bekhem 2007-2012-ci illərdə ABŞ-ın “Los-Anceles Qalaksi” klubunda çıxış edib. Bu müddətdə iki dəfə icarə əsasında İtaliyanın “Milan” komandasında oynayan ingiltərəli ulduz Kaliforniya təmsilçisi ilə iki dəfə MLS çempionu olub və iki dəfə müntəzəm mövsümün qalibi adını qazanıb.
Qeyd edək ki, Bekhemlə yanaşı, Jozi Altidor, Lotar Osiander, Culi Bet Erts və Meqan Rapino da 2027-ci ildə ABŞ futbolunun Şöhrət Zalına daxil ediləcəklər.
Baxış sayı:51
Bu xəbər 13 Noyabr 2026 20:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















