Icma.az
close
up
RU
Devis Kuboku oyunları “Sea Breeze”də keçirilə bilər

Devis Kuboku oyunları “Sea Breeze”də keçirilə bilər

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

“Sea Breeze”də yay mövsümü ərzində demək olar ki, hər gün idman, musiqi və beynəlxalq səviyyəli digər tədbirlərin keçirilməsi üçün zəngin proqramın hazırlanması planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri “Agalarov Development” şirkətinin prezidenti, “Sea Breeze” kurort şəhərciyinin təsisçisi Emin Ağalarov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, “Sea Breeze”in inkişaf konsepsiyası təkcə “Dream Fest”in keçirilməsini deyil, həm də yay ərzində müxtəlif tədbirlərin təşkilini nəzərdə tutur.

“Ümumiyyətlə, ideya yayın hər günündə burada hər hansı bir tədbirin keçirilməsini təmin etməkdən ibarətdir. Həm də təkcə “Dream Fest” deyil: aparıcı sənətçilərin solo konsertləri... Planlarda yayın hər günündə bir tədbir keçirməkdir”, - deyə Emin Ağalarov bildirib.

O qeyd edib ki, idman komponenti bu konsepsiyanın əsas hissələrindən biri olacaq və kurort ərazisində padel, tennis, futbol, voleybol, həmçinin atçılıq idman növləri üzrə yarışların keçirilməsi planlaşdırılır: “Artıq bu payızda birbaşa çimərlikdə at polosu üzrə ilk beynəlxalq turnir keçiriləcək. Bundan əlavə, tennis üzrə Devis Kuboku oyunlarının keçirilməsi ilə bağlı danışıqlar aparılır. Bu məqsədlə, “Sea Breeze”də tribunalar, eləcə də beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməyə imkan verəcək 5 min tamaşaçı tutumuna malik futbol stadionu tikilir”.

Padel tennisinin perspektivindən danışan E.Ağalarov qeyd edib ki, bu, dünyada ən sürətlə inkişaf edən idman növüdür: “Dörd il bundan əvvəl Azərbaycanda ilk padel-kort tikilib, bu gün isə ölkədə artıq 12-14 belə meydança var. Yaxın vaxtlarda səkkiz kort üçün örtülü Padel Mərkəzinin və daha bir açıq kompleksin tikintisi planlaşdırılır”.

O, həmçinin vurğulayıb ki, Azərbaycanda padelin populyarlığı artmaqda davam edir və bu idman növü həm gəncləri, həm də böyükləri cəlb edir: “Çünki onu böyük tennisdən daha sürətli mənimsəmək mümkündür. Bu, çox dinamik, əyləncəli oyundur. Hətta heç vaxt tennis oynamamış bir insan iki-üç həftə ərzində müəyyən səviyyədə oynamağı öyrənə bilər”.

Emin Ağalarovun sözlərinə görə, idman infrastrukturunun inkişafı və beynəlxalq yarışların keçirilməsi “Sea Breeze” konsepsiyasının ayrılmaz hissəsi olaraq qalacaq.

“Mənimlə və ya mənsiz, idman həmişə “Sea Breeze”in ayrılmaz parçası olacaq”, - deyə kurort şəhərinin qurucusu vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 İyul 2026 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri