Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Dəyərləndirilməyən “müəllimliyin insanlıq fəlsəfəsi“

Dəyərləndirilməyən “müəllimliyin insanlıq fəlsəfəsi“

Icma.az, Mia.az saytına istinadən bildirir.

Hərdən müəllimlər mənə yazırlar: məsləhət almaq, gileylənmək, öz bilik və bacarıqlarını refleksiya etmək üçün və s..

Aşağıda Sizə təqdim etdiyim yazını da müəllimdən aldım. Müəllimlər üçün elan edilmiş „Müəllimliyin insanlıq fəlsəfəsi“ adlı esseni müsabiqəyə təqdim etdiyini, lakin yer tutmadığını bildirdi və esseni dəyərləndirməyimi xahiş etdi. Mətni oxudum və çox təsirləndim. O qədər təsirləndim ki, düzünü deyim ki, aylarladır, bu yazını tez-tez xatırlayıb qəlbimdə o müəllimə ilə danışıram və ona təşəkkür edirəm. Görün nə qədər təsirlənmişəm ki, esseni ilk dəfə oxumağımdan üç ay keçsə də, mən onu unutmamışam və  bu gün də esse haqqında söz deməkdən zövq alıram.

Essedə mənə zövq verən nədir: məzmunmu? Məzmun çox təsirli, orijinal və fikirlərin inkişafına görə proqnozlaşdırılmazdır, bu öz yerində. Məni təsirləndirən, riqqətə gətirən müəlllimin qurduğu orijinal və mükəmməl kompozisiyadır.

Essenin kompozisiyasını ona görə orijinal hesab edirəm ki, mətn essenin aid olduğu növün struktur şablonlarına əsasən qurulmayıb, sərbəst, yaradıcı formalaşdırılıb. Mühakimə xarakterli essenin strukturunda tərkib hissələri, adətən, ardıcıllıqla yer alır və mətnin elementlərinin müəyyən ardıcıllığı gözlənilir. Yəni giriş hissədə mövzu təqdim edilir, problem qoyulur, tezis irəli sürülərək arqumentlərlə əsaslandırılır və digər hissələr arqumentlərin əsasında formalaşdırılır. Lakin təhlilə cəlb etdiyimiz essedə sərbəst kompozisiya müşahidə edirik ki, bu da əsl yaradıcılıq məhsuludur.

Kompozisiyanın mükəmmlliyini isə onun strukturunda elementlərin məntiqi ardıcıllığı və say etibarilə essenin tələblərinə uyğunluğu ilə əsaslandırmaq olar. Qısa həcmli essenin tezisinin əsaslandırılması üçün ən azı iki arqument tələb olunur və təqdim etdiyimiz esse mətnində bu arqumentləri aydın müşahidə edirik. Arqumentlərin dəstəklənməsi üçün dəlillərin gətirilməsi də qənaətbəxşdir. Bütün bu elementlər kompozisiyada məntiqi ardıcıllıqla öz yerini tapmaqla yanaşı, orijinal struktur formalaşdırıb.

(K.A.N. – Essenin strukturunun sxemi ilə aşağıda tanış ola bilərsiniz.)

Esseni zənginləşdirən faktorlardan biri də arqumetnləşdirmənin tipi, dil və üslub məsələləridir. Emosional arqumentləşdirmə təxəyyül nümunəsi, bədii nümunə və həyat hekayəsi əsasında aparılmış və bu nümunələrin gəlişigözəl seçilmədiyi onların bir-biri ilə möhkəm əlaqəsindən aydın görünür. Müəllifin dili, əsasən, səlis, aydın və düzgündür. Essenin ilk cümləsi məna baxımından yüklü və qeyri-ahəngdar olsa da, bu, mətnin estetik siqlətinə xələl gətirmir. Bədii və publisistik üslübun imkanlarından səmərəli istifadə edən müəllif oxunaqlı, təsirli və yaddaqalan esse nümunəsi yaratmağa nail olub.

Azərbaycan dili və ədəbiyyat müəllimi Rəşidə Allahverdiyevanın „Müəllimliyin insanlıq fəlsəfəsi“ adlı essesinin məzmun, kompozisiya baxımından orijinallığı, yaradıcılıq xüsusiyyətləri, essenin tələblərinə uyğunluğu nəzərə alınaraq bu mövzuda müsabiqədə ilk yerlərə layiq görülməli idi.

Könül Aydın Nəhmətova,

Filologiya üzrə fəlsəfə doktoru

****

MÜƏLLİMLİYİN INSANLIQ FƏLSƏFƏSİ

Bir yol xəyal edək: yepyeni çəkilmiş.., üzərindəki xətlərin ruhumuzu oxşayan, asfaltının parıltısı gözümüzü qamaşdıran, ucu-bucağı görünməsə də, lap sonunda bizi böyük və çox gözəl bir şəhərin gözlədiyi yol… Hətta yolun kənarında son model bir avtomobil xəyal edə bilərik, amma nə avtomobil sürməyi bacarırıq, nə də bu qədər yolu piyada getməyə gücümüzün yetəcəyinə əminik.

Həyat da belədir… Nələrinsə çox yaxşı olduğunu bilsək belə, bəzən məqsədin uzaqda olması, ona çatmaq üçün gərək olan zəhmətin çoxluğu qorxudur gözümüzü. Əlimizdən tutub bizimlə birgə addımlayan, o “yolu” daha rahat getməyimiz üçün özünü o “son model avtomobili sürməyi” bizimlə birgə  öyrənirmiş kimi göstərən bir “bələdçi”yə ehtiyacımız olur. O “bələdçi” yolun başlanğıcında qarşımıza çıxıb bütün varlığı ilə nünunə olmağı bacararsa, biz o mükəmməl görünən yoldakı təhlükələri də görməyi bacararıq, lazımi məqamda dayanmağı da, sürəti artırmağı da. O insanlar xoşbəxtdir  ki, elə bir “bələdçi”  ilə həyatının lazımi məqamında qarşılaşa bilib. Çünki o şanslı insanlar ətrafdakılardan fərqli olaraq, hər şeyi daha aydın görər, dərk edə bilirlər.

Portuqaliya yazıçısı Sarmaqonun məşhur “Korluq” əsərində belə bir məqam vardır. Korluq epidemiyası səbəbindən bütöv bir şəhər iflic vəziyyətinə düşür. Avtoqəzalar baş verir, insanlar acından ölür. İnsanlar görə bilməyəndə anlayırlar görməyin necə böyük nemət olduğunu. Şəhərin görə bilən yeganə sakini gözləri tutulan həyat yoldaşından ayrılmamaq üçün özünü korluğa vuran qəhrəmanı xaosa doğru gedən bəşəriyyətə bir mesaj verir: Görün, ay insanlar, axı siz kor deyilsiniz!

Əsərin sonunda ilk xəstəliyə yoluxan adamın gözləri açılır. Bütün korlar buna çox sevinirlər.  Çünki ilk yoluxan adamın ilk sağalan olması ümid verir, demək, hamının gözləri açılacaq beləcə. Nədənsə bu əsərin qəhrəmanı mənə müəllimlərimi xatırlatmışdı ilk dəfə oxuyanda. Axı müəllimlər cəmiyyəti kor olmaqdan qorumağa çalışan seçilmiş varlıqlardır.  Onlar var və  bu təhlükənin qarşısını alırlar deyə, cəmiyyət qaranlıqda qalmağın dəhşətini hiss edə bilmir hələ ki. Nə yaxşı ki, hiss etmir…

Mənə qalsa, Müəllimlik  ilahi bir işığı daşıyıb yaymağa məhkum olunmaqdır. O, işığı ötürdükcə, sənə zillənən gözlərdə işığının parıltısı əks olunduqca mənən böyüyür, içinə sığmırsan. Bax o zaman daşıdığını o ilahi missiyanın fəlsəfəsini anlayır, anladıqca durulur, aydlnlaşırsan. Şəxsi həyatında yaşadığın sıxıntılar, çarpışdığın problemlər belə o işığın qarşısında aciz qalır. Sinif otağının astanasından keçən kimi başqalaşır, yalnız üzünə zillənən bu gözlərin sahiblərinə aid olursan. Beləcə bir gün tam başqa bir insana çevrilirsən: xarakterin də, davranışların da, həyata münasibətin də dəyişir. Bunun həqiqət olduğunu öz həyatımdan bir epizodla isbat edəcəyəm.

Həmin vaxt  elə bir gərgin durumdaydım ki,  indi bunu ifadələrə sığdırmağa belə acizəm. Sevimli beşincilərim isə bütün olanlardan xəbərsiz hər gün məni məktəbin qapısında qarşılayır, növbəti dərsin sevincini bölüşməyə tələsirdilər. Həmin gün də onların həyəcanla məni qapıda qarşılaşmalarından çox kövrəlsəm də, bunu gizlətmək üçün gülümsəməyə çalışmışdım. Sinfə daxil olub yeni dərsin mövzusuna keçəndə isə əməlli – başlı sarsılmışdım. “Xoşbəxtlik” idi yeni mövzumuz. Axı mən bu halda ikən bu uşaqlara xoşbəxtlikdən necə danışacaqdım? Özümü çətinliklə toparlayıb dərsi sona çatdırsam da, şagirdlər məndən fərqli, maraqlı bir ev tapşırığı gözləyirdilər. Hardansa ağlıma gələn ilk fikri tapşırığa çevirib: “Dünyanın ən xoşbəxt adamı saydığınız şəxsə məktub yazıb ondan xoşbəxt olmağın sirlərini soruşun”, – dedim.

Ertəsi gün eyni durumda məktəbə çatanda (hər gün ilk dərsim o sinifdə idi) yenə sevinclə məni gözlədiklərini gördüm. Bir-birinə aman vermədən xahiş edirdilər ki, ev tapşırığını özləri oxusunlar. Əlacsız və könülsüz başımla razılıq verdim. Dərs başlayanda, daha doğrusu, o məktublar oxunanda isə mənim nə hala düşdüyümü təsəvvür belə edə bilməzsiniz. Onlar bir-birindən xəbərsiz olaraq məktubu mənə ünvanlamışdılar… Mən dünyanın ən xoşbəxt adamı idim onların nəzərində və bunu çox tutarlı şəkildə əsaslandıra da bilmişdilər. Mən isə onlara bu xoşbəxtliyimin sirrini açmalı idim…

Mən məhz həmin gün müəllim olmanın fəlsəfəsini anladım. Anladım ki, Müəllim olmaq təkcə öyrətmək deyil, həm də ən zəif şagirddən belə nəsə öyrənməyi bacarmaqdır.  Onlarla bərabər addımlamaq, onlarla bərabər böyümək, yıxılıb-durmağı bacarmaqdır.  Nə vaxtsa sənə ötürülmüş işığın zərrələrini onlarla bölüşməkdir…

Müəllim olmaq ilahi bir yolçuluqdur, deyərdim… Amma  bəzən o yolda işıq, bəzən  bələdçi, bəzən isə yolun özü olmağı bacaranlar arzulanan məqama çata bilirlər.

… Və bir yol xəyal edək: xoşbəxtlik yolun sonunda deyil, elə özündə də olsun.. Əvvəlində durub baxanda sonu, sonuna çatıb geri boylananda əvvəli apaydın, lap ovcumuzun içi kimi görünə bilsin… və bu yol bizim öz seçimimiz olsun.. Sınaqları ilə, sevincləri ilə birgə sevdiyimiz bir yol – MÜƏLLİM ÖMRÜ….

Rəşidə Allahverdiyeva 
Beyləqan rayon Əli Rüstəmov adına
1-ci Şahsevən kəndi 2 nömrəli tam orta məktəb,
Azərbaycan dili və ədəbiyyat müəllimi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://mia.az
archiveBu xəbər 16 Mart 2025 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see672

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see442

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see406

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see288

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see282

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see279

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see253

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see250

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see237

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see229

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see222

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see216

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see216

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see200

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see198

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see193

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see193

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri