Icma.az
close
up
RU
Dəyərsiz qətnamələr, saxta hesabatlar nifrət doğurur KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Dəyərsiz qətnamələr, saxta hesabatlar nifrət doğurur KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan AŞPA-nı tərk edib və bu heç bir narahatlıq doğurmur.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb edib ki, uzun illər anti-Azərbaycan mövqeyindən çıxış edən, təcavüzkar Ermənistanın yanında olduğunu açıq-aydın bildirən bir parlamentdə olmaq faydasızdır.

“Torpaqlarımızın işğal altında olduğu, soydaşlarımızın ağır bəlalara düçar edildiyi, şəhər və kəndlərimizin xarabazarlığa çevrildiyi, dinc sakinlərimizin qətlə yetirildiyi 30 il ərzində, eləcə də müharibə zamanı Gəncəyə, Bərdəyə, Tərtərə və digər rayonlarımıza raketlər yağdırıldığı, yüzlərlə mülki əhali qətlə yetirildiyi, yaralandığı bir vaxtda AŞPA bir dəfə də olsun Azərbaycanın haqq səsini eşitmədi, hadisələrə münasibət bildirmədi, təcavüzkara dayan demədi. Əksinə, ermənipərəst parlament üzvləri faşistlərə, insan qatillərinə dəstək verdilər, Azərbaycan haqqında qərəzli qətnamələr qəbul etdilər, dövlətimizin əleyhinə məkrli fikirlər söylədilər. AŞPA bu gün də öz çirkin ənənəsinə sadiqdir və düşmən mövqeyindən çəkinmir, hər vasitə ilə dövlətimizin inkişafına, uğurlarımıza kölgə salmağa çalışır. Fransa kimi təcavüzkar dövlətin, Makron kimi avanturistin, Human Rights Watsh kimi saxta hesabatlar hazırlayan riyakar bir təşkilatın əlində oyuncağa çevrilən Avropa Parlamenti əleyhimizə qəbul etdiyi yersiz qətnamələrlə bizi yox, əslində, özünü gözdən salır, hörmətini bir daha itirir. Ona görə ki, qəbul etdiyi qətnamələr heç bir əsaslı fakta arxalanmır, qərəzlidir, böhtandır.

Qurama Qarabağ Respublikasının cinayətkar rəhbərlərinin, əlləri azərbaycanlıların qanına batmış, kütləvi qətllərin səbəbkarlarının, terroristlərin, cinayətkarların azadlığa buraxılması barədə AŞPA-da səsləndirilən fikirlər, qəbul olunan qərarlar tək Azərbaycana qarşı deyil, bəşəriyyətə qarşı bir xəyanətdir. Vicdanını itirənlər, insan taleyinə biganə olanlar, xalqların dərdinə acımayanlar bunu bacararlar və Avropa Parlamentinin bir çox üzvlərinin fəaliyyəti göstərir ki, onlar həqiqətən insan qatilləri ilə şərikdirlər, onların puluna, varına arxalanırlar və hər an beynəlxalq hüquq normalarını, haqqı-ədaləti ayaqlar altına atmağa hazırdırlar. Azərbaycan, eləcə də qonşu Gürcüstana qarşı münasibətdə bu aydın görünür. Gürcüstanın AŞPA-nı tərk etməsi bir daha sübut etdi ki, bu parlament şər, böhtan yuvasıdır, sülhə, əminamanlığa, xalqların xoşbəxtliyinə deyil, müharibələrin alovlandırılmasına, münaqişələrin kəskinləşməsinə, insanların bədbəxtliyinə, ölkələrin dağılmasına xidmət edir. Buna görə də AŞPA-nın qəbul etdiyi qətnamələrin heç bir dəyəri yoxdur və Azərbaycan bu qətnamələri gərəksiz kağız parçası hesab edir”, deyə Tahir Rzayev bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Fevral 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see126

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri