Icma.az
close
up
RU
“Deyirdi ki, səni doğrayacam“ Sabirabadda zirzəmidə saxlanılan 10 yaşlı uşağın ŞOK İFADƏSİ

“Deyirdi ki, səni doğrayacam“ Sabirabadda zirzəmidə saxlanılan 10 yaşlı uşağın ŞOK İFADƏSİ

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sabirabadda arvadını və oğlunu döyərək işgəncələr verən şəxs hakim qarşısına çıxarılıb. Zərərəçəkmiş qadın və uşağı müxtəlif bəhanələrlə işgəncələrə məruz qoyub.

Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Rasim (ad şərtidir) qeyri-rəsmi ər-arvad münasibətində olduğu qadına və oğulluğu olan 10 yaşlı uşağa işgəncələr verib, onları dəfələrlə döyüb.

Rasim həmin qadınla 2021-ci ildən münasibət qurub və birgə yaşayıblar. Amma Rasim qadının oğulluğunu qəbul etməyib və mütəmadi olaraq yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan uşağı döyərək onlara fiziki ağrı və psixi iztirab verib.

İstintaqla müəyyən edilib ki, Rasim qadını döymək üçün bəhanələr axtarırmış. Bu bəhanələrdən biri də qadının qəfədana su doldurmamışdan qabaq salavat çevirməməsi olub. Azyaşlı uşağı isə dərs oxumamasını bəhanə gətirərək dəfələrlə döyüb.

Azyaşlının başını stolun tininə vuraraq xəsarət yetirib. Onu evin zirzəmisinə salaraq orada saatlarla saxlayıb.

Zərərçəkmişlər dindirilən zaman deyiblər ki, Rasim onları bıçaqla öldürəcəyi ilə bağlı həmişə hədələyib. Buna görə də qorxublar və bu günə qədər susublar.

“Evin altında olan zirzəmiyə salıb qapısını bağlayırdı. Deyirdi ki, səsim çıxsa, məni bıçaqla doğrayacaq. Anama da tapşırırdı ki, səsi çıxmasın. Zirzəmi qaranlıq və soyuq olurdu. Çox qorxurdum. Anamı da çağıra bilmirdik ki, ona da nəsə edər”,- deyə azyaşlı ifadəsində bildirib.

Bu əməllərinə görə ona qarşı Cinayət Məcəlləsinin 133.2.1 (əzab vermə; iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə), 133.2.4 (əzab vermə; təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 145.2.3-cü  (qanunsuz azadlıqdan məhrum etmə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmənin hökmü ilə Rasim 3 il azadlıqdan məhrum edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Fevral 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see181

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see137

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see134

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri