“Deyirdi vur ölsün”: Ata və oğlu tərəfindən döyülən Azəriqaz ın əməkdaşı
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ata və oğulun evə çağırdıqları "Azəriqaz" əməkdaşını döydükləri iddia olunur.
Modern.az xəbər verir ki, iddialara görə, hadisə ötən gün paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində baş verib.
"Azəriqaz" İstehsalat Birliyinin xəsarət alan əməkdaşı Müzəffər Müzəffərov deyir ki, bu günə qədər həmin ailə ilə heç bir ədavəti olmayıb. Hadisə günü isə İntiqam Xıdorov ona zəng vuraraq yaranan borcu aydınlaşdırmaq üçün ünvana çağırıb.
Müzəffər Müzəffərov bildirib ki, ata-bala onu döydükdən sonra qan içində qoyaraq gediblər.
Bundan sonra xəstəxanaya aparılan kişinin dişlərinin qırıldığı və bədənin müxtəlif yerlərində xəsarətlər olduğu müəyyən edilib. Sabunçu Tibb Mərkəzindən bildirilib ki, pasiyentə döş qəfəsinin və təpə nahiyəsinin əziyi diaqnozları təyin edilib. (Mənbə:Xəzərxəbər)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 03 Fevral 2026 00:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















