“Dəymiş ziyana görə valideynlər pul ödəsin”
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Fransanın ədliyyə naziri Cerald Darmanen orta məktəb etirazları zamanı yetkinlik yaşına çatmayanların törətdiyi zərərə görə valideynlərin təmir xərclərini ödəməli olduğunu bildirib.
“Qafqazinfo” xəbər verir ki, Darmanen RTL radiosuna açıqlamasında prokurorlara məktəblərə, avtobus dayanacaqlarına və ictimai nəqliyyat vasitələrinə dəyən ziyana görə valideynlərdən kompensasiya tələb etmələri barədə göstəriş verdiyini deyib.
Nazirin sözlərinə görə, etirazların başlanmasından bəri təxminən 2 min nəfər saxlanılıb və onların 90 faizi yetkinlik yaşına çatmayanlardır.
Darmanin bildirib ki, 15-16 yaşlı yeniyetmələrin ictimai obyektlərə hücum etməsi qəbuledilməzdir və belə hallarda məsuliyyət valideynlərin üzərinə düşür.
“Xərcləri yetkinlik yaşına çatmayan uşaqlar deyil, valideynlər ödəsin”, - nazir deyib.
O, hakimlərin də prokurorların kompensasiya tələblərini təsdiqləyəcəyinə ümid etdiyini bildirib.
Hakimlər və prokurorların “Syndicat de la Magistrature” həmkarlar ittifaqı isə hökumətin etirazlara yanaşmasını tənqid edib.
Təşkilat hökuməti gənclərin etirazlarını sərt şəkildə yatırmaqda ittiham edərək repressiyalara son qoymağa çağırıb. Bəyanatda etirazçılara qarşı gözyaşardıcı qaz və digər vasitələrdən istifadə də tənqid olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 03 Oktyabr 2026 08:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















