Icma.az
close
up
RU
Həqiqətəbənzər dezinformasiya fabrikası

Həqiqətəbənzər dezinformasiya fabrikası

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Mən bu günlərdə bir televiziya verilişindəki çıxışımda da demişəm: Azərbaycan olaraq biz müharibənin hərbi fazasında qalib gəldik. Ancaq psixoloji müharibə heç vaxt bitmir.

Bəli, 2020-ci ilin noyabrında hərbi qələbə qazandıq. 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan sazişləri isə ən azı ilkin diplomatik qələbə saymaq olar.

Ancaq informasiya müharibəsi davam edir.

Müxtəlif qaynar nöqtələrdə, hərbi əməliyyatlar teatrlarında döyüşlər səngiyər, ləngiyər, dayanar, bitər, ancaq psixoloji müharibə heç vaxt dayanmır.

Tomas Hobss insan cəmiyyətinin dövlətəqədərki vəziyyətinə dair bir tarix nəzəriyyəsi irəli sürmüşdü. Həmin nəzəriyyə latın dilində belə ifadə olunmuşdu: Bellum omnium contra omnes. Yəni hamının hamıya qarşı müharibəsi.

Dünyada kəşfiyyat və əks-kəşfiyyat yaranandan üzübəri gizli müharibələr heç vaxt dayanmayıb. Başqa sözlə, Hobssun"hamının hamıya qarşı müharibəsi" kimi proses dövlətlər yarandıqdan sonra da bu və ya başqa formalarda və formatlarda özünü göstərir. Əslində isə "posthəqiqət" adlandırdığımız indiki zamanın da səciyyəvi cəhəti budur. Əgər əvvəllər informasiya istehsalı və yayımı həqiqəti ortaya çıxarmağa yönəlmişdisə, indi həqiqəti gizlətməyə, hətta susdurmağa, yalanı həqiqət kimi tirajlamağa yönəlib. Başqa sözlə, biz həqiqət axtarışı rəqabətindən yalan "ticarət"inə yuvarlanmışıq. Burda klassik jurnalistika arxa plana atılır və bütün dünyada önə çıxan gizli servislərin həqiqətəbənzər dezinformasiya fabrikalarıdır. Başqa sözlə kompetent jurnalistikanı "kompromat jurnalistikası", informasiya kanalizasiyası əvəzləməyə başlayır. Bu, çox təhlükəli bir tendensiya sosial şəbəkə platformaları üzərindən geniş yayılmaqdadır..

Bununla bağlı bir neçə konkret fakt göstərmək istərdim. Onlardan biri bu və ya başqa informasiyaların, təhlil nəticələrinin kontekstdən çıxarılaraq, hətta tamamilə təhrif olunmuş formalarda yayılmasıdır. The Washington Post nəşrinin şərhçisi Maykl Doran "İranın gələcəyi və Azərbaycan faktoru" adlı bir məqalə dərc etdirib. O, yazıb ki, İranın şimal-qərbində çoxlu sayda etnik Azərbaycanlılar yaşayır. Əgər onlara qarşı İran daxilində təhlükə artarsa, Azərbaycan və Türkiyə öz etnik soydaşlarını qorumaq üçün daha fəal ola bilər.

Bəzi şəxslər öz sosial şəbəkə hesablarında bu məqaləni "Azərbaycan İrana müdaxilə edəcək" şəklində - təhrif olunmuş formada tirajlayıblar.

Dərhal sual yaranır: bu, kimə lazımdır? Məlum məsələdir, Azərbaycanın siyasətindən narazı olan dairələrə. Eləcə də, Azərbaycan prezidentinin ailəsinə qarşı aparılan kampaniyanı götürək. Politoloq Yeganə Hacıyeva bu mövzuda çox dəqiq dəyərləndirmə edib, status paylaşıb. Həmin statusdan kiçik bir hissəni nəzərinizə çatdırıram: "ABŞ-la yaxınlaşma və prezidentlərin az qala dostluq münasibətləri fonunda ölkə rəhbərinin ailəsinə qarşı asimmetrik informasiya əməliyyatı keçirilir" .

Ekspert bu informasiya əməliyyatını Rusiya kəşfiyyatının həyata keçirdiyini ehtimal edir. Doğrudan da, xarici kəşfiyyatların (xüsusilə Rusiyanın) kontrolunda olan mühacir Azərbaycanlılar öz kanalları ilə bu hücuma sinxron dəstək verdilər. Bu, Azərbaycan prezidentinin ABŞ prezidenti Donald Trampla görüşünə və Azərbaycanın Sülh Şurasında iştirakına cavab olaraq törədilmiş xüsusi bir kəşfiyyat əməliyyatı, informasiya təxribatıdır. Eyni vaxtda Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adından deepfake formatında saxta məlumatların yayılması, Türkiyənin guya Ermənistan hərbçilərinə 10 milyon dollar məbləğində yardım göstərməsi haqda dezinformasiyanın tirajlanması bu qəbildən olan informasiya terrorudur. "Əsəb müharibəsi" cəbhəsindəki hücumlardır.

Cəmiyyət hərbi əməliyyatlar dövründə dövlətin və dövlət rəhbərinin yanında dayandı, ölkənin təhlükəsizliyi və bütövlüyü üçün həmrəylik göstərdi. Düşünürəm, indiki çox həssas mərhələdə - Azərbaycan əleyhinə şimaldan, cənubdan, qərbdən - hardan olursa-olsun, qaynaqlanan informasiya müharibəsinə, informasiya terroruna qarşı hər kəs yenə birlikdə, dövlətin yanında olacaq. Bu, bir şəxsin, bir ailənin, yaxud bir partiyanın, bir zümrənin məsələsi deyil, hər kəsin, yəni hamının məsələsidir. Artıq bütün hədlər, sərhədlər, qırmızı xətlər keçiləndə zərbə hamıya və hər kəsə dəyir.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Yanvar 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri