Icma.az
close
up
RU
ABŞ və İran danışıqlarında dezinformasiya iddiaları artır ŞƏRH EDİLDİ

ABŞ və İran danışıqlarında dezinformasiya iddiaları artır ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"ABŞ ilə İran arasında mümkün razılaşma ilə bağlı müzakirələrin getdiyi bir dövrdə İran yönümlü təbliğat dairələri yenə də dezinformasiya yaymaqdan əl çəkmirlər. Halbuki ABŞ açıq şəkildə bəyan edib ki, danışıqların əsas məqsədi İranın heç vaxt nüvə silahına sahib olmamaq öhdəliyini qəbul etməsidir".

Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "ABŞ tərəfinin açıqlamalarına görə, İran bu istiqamətdə öhdəlik götürməyə hazır olduğunu bildirib. Bununla yanaşı, müxtəlif mənbələrdə ABŞ-ın İrana yüz milyardlarla dollar təzminat ödəyəcəyi, yaxud İranın danışıqlarda üstün tərəf olduğu barədə iddialar səsləndirilir. Lakin bu məlumatların heç biri rəsmi şəkildə təsdiqlənməyib. Əksinə, ABŞ rəsmiləri və Prezident Donald Tramp belə xəbərlərin həqiqəti əks etdirmədiyini bildiriblər.

Maraqlıdır ki, razılaşmanın yekun mətninin ictimaiyyətə təqdim edilmədiyi bir şəraitdə bəzi şəxslər artıq nəticələr barədə qəti hökmlər verməyə çalışırlar. Halbuki sənəd imzalanmadan onun məzmunu, tərəflərin öhdəlikləri və əldə olunan nəticələr barədə dəqiq fikir söyləmək mümkün deyil.

Bu səbəbdən ictimai rəyin müxtəlif təbliğat kampaniyalarına deyil, rəsmi açıqlamalara və təsdiqlənmiş məlumatlara əsaslanması daha doğru yanaşma olardı. Beynəlxalq münasibətlərdə emosiyalar və təbliğat deyil, faktlar və rəsmi sənədlər əsas götürülməlidir.

Nəticə olaraq, İran və ABŞ arasında aparılan danışıqların yekun nəticələri yalnız razılaşma imzalandıqdan və sənədin detalları açıqlanandan sonra obyektiv şəkildə qiymətləndirilə bilər. Buna qədər səsləndirilən qəti iddialara ehtiyatla yanaşmaq lazımdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 İyun 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri