Icma.az
close
up
RU
Dezinformasiya səs küyü və strateji reallıq ŞƏRH

Dezinformasiya səs küyü və strateji reallıq ŞƏRH

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 30 yanvar, AZƏRTAC

Dünyada heç bir geosiyasi yüksəliş səssiz baş vermir. Güc mərkəzlərinin sürətlə yer dəyişdirdiyi bir dövrdə yüksələn hər bir aktor özü ilə birlikdə müəyyən bir “səs-küy” də gətirir. Bu gün Türkiyə və Azərbaycan münasibətləri ətrafında yaradılan dezinformasiya mühitinə məhz bu kontekstdə baxılmalıdır. Bu “səs-küy” əslində Avrasiyanın qəlbində yeni bir güc mərkəzinin formalaşmasının göstəricisidir.

Bu fikirlər türk politoloq Nur Tuğba Aktayın “Dezinformasiya səs-küyü və strateji reallıq: Türkiyə–Azərbaycan Xətti Niyə Hədəfdədir?” sərlövhəli məqaləsində yer alıb.

Yeni nizamın onurğa sütunu: Şuşa Bəyannaməsi

Beynəlxalq sistem artıq uzun müddətdir ki, təkmərkəzli strukturunu itirib. ABŞ-ın qlobal müəyyənedici rolu zəiflədikcə, enerji xətləri və ticarət dəhlizləri Atlantikdən deyil, Avrasiyanın daxili bölgələrindən müəyyənləşdirilir. Bu yeni mənzərədə Türkiyə və Azərbaycan yalnız uyğunlaşan deyil, oyun quran iki aktor kimi ön plana çıxır. Bakı ilə Ankara arasındakı münasibətlər artıq, sadəcə, qardaşlıq ritorikası deyil, Şuşa Bəyannaməsi ilə möhürlənmiş hüquqi, hərbi və strateji bir doktrinadır. Qarabağ Zəfəri ilə təsdiqlənən bu birlik Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər uzanan geniş bir coğrafiyada tarazlıq yaradabilmə potensialı deməkdir.

Sahədə qazananın informasiya məkanında hədəf alınması

Azərbaycan-Türkiyə münasibətlərini sarsıtmaq istəyən qüvvələr mübarizəni meydanda deyil, ictimai düşüncə üzərindən aparırlar. Çünki reallığı artıq dəyişdirmək mümkün deyil. Türkiyə–Azərbaycan əməkdaşlığı demək olar ki, bütün sahələr institusionallaşmış vəziyyətdədir. Dövlət ağlı ilə idarə olunan bu proses qısamüddətli böhran sınaqlarına qapalıdır. Dezinformasiyanın dili isə tanışdır: Ankara ilə Bakı arasında fikir ayrılığı varmış kimi edilən eyhamlar, strateji uyğunluğun müvəqqəti olduğu iddialar... Bunların heç birinin geosiyasi qarşılığı yoxdur. Məqsəd bölgədənkənar aktorların Qafqaz üzərində təsirini yenidən bərpa etmək üçün düşüncələrdə qeyri-müəyyənlik yaratmaqdır.

Zəngəzurdan Türk dünyasına: Gələcəyin inşası

Əsl narahatlıq mənbəyi Azərbaycan və Türkiyənin regional proseslərə reaksiya verən deyil, bu prosesləri istiqamətləndirən bir xətt üzrə irəliləməsidir. Qarabağ Zəfərindən sonrakı mənzərə xarici himayə ilə formalaşdırılan köhnə nizamın sona çatdığını sübut etdi. Bu gün Zəngəzur Dəhlizi və Orta Dəhliz kimi layihələr Türk dünyasını abstrakt bir kimlik sahəsindən çıxarıb konkret iqtisadi və siyasi güc məkanına çevirir. Azərbaycanın enerji təchizatı təhlükəsizliyindəki kritik rolu və Türkiyənin qlobal logistika mərkəzinə çevrilmə vizyonu Türk Dövlətləri Təşkilatının artan nüfuzu ilə birləşərək Avrasiyanın yeni təhlükəsizlik kəmərini formalaşdırır.

Səs-küy keçicidir, tarix qalıcı

Bu gün yayılan dezinformasiya iki ölkə arasındakı birliyi sarsıtmaqdan daha çox, qlobal qeyri-sabitlikdən bəslənən aktorların narahatlığını ifşa edir. Güclü münasibətlər dezinformasiya ilə zədələnməz. Xalqlar arasındakı qırılmaz bağ və sahədə qurulan strateji tərəfdaşlıq dezinformasiya əməliyyatlarından qat-qat daha qalıcıdır. Bu gün yüksələn səs-küy keçici bir kommunikasiya böhranının deyil, çoxmərkəzli dünyaya keçidin yan məhsuludur. Türkiyə və Azərbaycan bu yeni düzəndə “Bir millət, iki dövlət” şüarını bir geosiyasi istiqamətə çevirdikcə bu səs-küy arta bilər, lakin səs-küy tarix yazmaz. Tarixi yazan Bakı ilə Ankaranın cızdığı bu sarsılmaz tale birliyidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri