Icma.az
close
up
RU
DGK: Külli miqdarda narkotik vasitə aşkar edilib

DGK: Külli miqdarda narkotik vasitə aşkar edilib

Dogru.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yük nəqliyyat vasitəsindən kahı formasına salınaraq gömrük nəzarətindən gizlədilməyə cəhd göstərilən xüsusilə külli miqdarda narkotik vasitə-marixuana aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Doğru.az-a bildirilib ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “kahı” yükü aparan nəqliyyat vasitəsi “Astara” gömrük postunun idxal nəzarət xəttində saxlanılıb və sürücü şifahi sorğu-sual olunub. O, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Stasionar rentgen qurğusunda keçirilən baxış zamanı yük nəqliyyat vasitəsinin qoşqusunda şübhəli cizgilər müşahidə edilib və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.

Xidməti it nəqliyyat vasitəsinin qoşqusundakı 2 paletə reaksiya verib. Yoxlama zamanı həmin paletlərdəki kahı formasına salınmış, gömrük nəzarətindən gizlədilən 308 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 97 kiloqram 280 qram olan narkotik vasitə – marixuana aşkar edilib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4-1-ci maddələri ilə cinayət işi başlanıb və nəqliyyat vasitəsinin sürücüsü barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://dogru.az
archiveBu xəbər 28 Fevral 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see381

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see372

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see369

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see353

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see310

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see283

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see277

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see270

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see265

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see252

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see245

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see244

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see241

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see239

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see231

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see230

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see216

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see212

Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin!

13 Sentyabr 2026 02:01see211

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri