Icma.az
close
up
RU
“Diabeti tanı, sağlam yaşa”: 1470 vətəndaşa 4500dən çox tibbi xidmət göstərilib AZƏRTAC

“Diabeti tanı, sağlam yaşa”: 1470 vətəndaşa 4500dən çox tibbi xidmət göstərilib AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 29 noyabr, AZƏRTAC

TƏBİB-in təşkilatçılığı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə "TƏBİB-in ixtisas gündəliyi" proqramı çərçivəsində qərb bölgəsində 14 Noyabr - Dünya Diabet Gününə həsr edilən “Diabeti tanı, sağlam yaşa” layihəsi icra olunub, Tovuz, Ağstafa, Şəmkir, Qazax, Gədəbəy rayonlarının vətəndaşları üçün tibbi xidmətlər təşkil edilib.

TƏBİB-in Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Diabeti tanı, sağlam yaşa” layihəsi çərçivəsində Tovuz Rayon Mərkəzi Xəstəxanasının tərkibində fəaliyyət göstərən Tovuz Hemodializ və Diaqnostika Mərkəzində bölgə üzrə vətəndaşlara, o cümlədən burada yaşayan müxtəlif sosial qruplardan olan şəxslərə paytaxtdan gələn uzman və ixtisaslı həkimlər tərəfindən tibbi xidmətlər göstərilib. Həmçinin Tovuz rayonu Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada təhsil alan şagirdlər də müayinələrə cəlb olunublar.

Noyabrın 25-29-da təşkil olunan layihədə iştirak edən tibbi heyət Bakı şəhərində yerləşən çoxprofilli tibb müəssisələrinin - Respublika Klinik Xəstəxanası, Respublika Endokrinoloji Mərkəz, Sabunçu Tibb Mərkəzi və Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkimlərindən, həmçinin TƏBİB-in Ekspertlər Qrupunun üzvlərindən ibarət olub.

Ümumilikdə, 1470 vətəndaşa endokrinoloq, uşaq endokrinoloqu, ümumi cərrah, nevroloq, nefroloq, oftalmoloq, kardioloq həkimlər tərəfindən 4500-dən çox tibbi xidmət göstərilib.

Şəkərli diabet və ağırlaşmaları (böyrəklər, göz damarları, ürək-damar sisteminin zədələnmələri, neyropatiya), şəkərsiz diabet, qalxanabənzər və böyrəküstü vəz xəstəlikləri, piylənmə və maddələr mübadiləsinin pozulmaları, qadınlarda hormonal balansın pozulması, uşaqlarda fiziki və cinsi inkişaf pozğunluqları və digər endokrinoloji xəstəliklərdən əziyyət çəkən vətəndaşlar müayinə edilib.

Qeyd edək ki, layihənin icrası zamanı bölgədə yaşayan həssas əhali qrupuna daxil olan müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrə cəlb olunublar.

Həkim-mütəxəssislər tərəfindən vətəndaşlara zəruri tibbi məsləhətlər verilib və ətraflı müayinə üçünmüvafiq tibb müəssisələrinə yönləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Noyabr 2024 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see204

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see203

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see202

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see201

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see190

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see186

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see154

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see148

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see140

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see140

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see137

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see133

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see130

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see129

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see127

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri