Icma.az
close
up
RU
Diaspor Komitəsində Beynəlxalq Təhsil Konfransının iştirakçıları ilə görüş olub

Diaspor Komitəsində Beynəlxalq Təhsil Konfransının iştirakçıları ilə görüş olub

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Almaniyanın Fridrix-Aleksandr adına Erlangen-Nürnberq Universiteti ilə birgə əməkdaşlığı çərçivəsində Bakıda keçirilən “Mapping İnternational Education in South Caucasus and Central Asia” adlı konfransın iştirakçıları ilə görüş keçirilib.

Komitədən verilən məlumata görə, görüşdə Erlangen-Nürnberq Universitetinin professoru Anatoli Raxkoçkinin rəhbərlik etdiyi nümayəndə heyəti, ADPU-nun Filologiya fakültəsi nəzdində Xarici Dillər Mərkəzinin dosenti Ülviyyə Hacıyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova iştirak edib.

Qonaqları səmimi salamlayan komitə sədrinin müavini Elşad Əliyev komitənin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən genişmiqyaslı layihə və tədbirlər barədə məlumat verib. Almaniyada fəaliyyət göstərən Azərbaycan Evləri və həftəsonu məktəblərinin soydaşlarımız arasında birlik və həmrəyliyin gücləndirilməsində oynadığı mühüm rola diqqət çəkib. Xaricdə yaşayan hər bir azərbaycanlının milli kimliyini qoruyub saxlamasını və cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə müxtəlif formatlarda uzunmüddətli təşəbbüslərin reallaşdırıldığını dilə gətirib.

Professor Anatoli Raxkoçkin Azərbaycana səfərinin məqsədi və Bakıda keçirilən “Mapping International Education in South Caucasus and Central Asia” konfransı ilə bağlı fikirlərini bölüşüb. Konfransın beynəlxalq təhsil sahəsində əməkdaşlığın və mədəniyyətlərarası dialoqun təşviqinə xidmət etdiyini vurğulayıb. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində beynəlxalq təhsilin mövcud vəziyyətinin ali təhsil, məktəb təhsili, qeyri-formal təhsil, diaspor və lobbiçilik kimi müxtəlif istiqamətlər üzrə araşdırıldığını deyib. Həmçinin konfransın iştirakçı universitetləri ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin və aparılan tədqiqatların nəticələrinin tədris proqramlarına inteqrasiyasının vacibliyini söyləyib.

Səmimi keçən görüşdə qarşılıqlı maraq doğuran mövzularda geniş fikir mübadiləsi aparılıb.

Mustafa Kamal
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Oktyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri