Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Diaspor Komitəsində Polşa müftisi ilə görüş keçirilib

Diaspor Komitəsində Polşa müftisi ilə görüş keçirilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizdə səfərdə olan Polşa Respublikasının müftisi, Polşa Respublikasında Müsəlman Dini Birliyinin Ali Müsəlman Kollecinin sədri Tomas Mişkeviç ilə görüşüb.

Bu barədə XQ-yə Komitədən məlumat verilib.

Bildirilib ki, görüşdə ölkələrimiz arasında sıx əlaqələr və Polşadakı Azərbaycan icmasının fəaliyyətilə bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Qonağı səmimi salamlayan komitə sədri Azərbaycanla Polşa arasında münasibətlərin dərin tarixi köklərə malik olduğunu, bu əlaqələrin Prezident İlham Əliyevin rəhbərliyi ilə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda tolerantlıq və multikulturalizm dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Dini icmalar daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub, müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanlar sivilizasiyaların qovşağı olan  ölkəmizdə harmoniya içərisində yaşayır.

Görüş zamanı Komitənin layihə və proqramlarından danışılıb, o cümlədən  44 ölkəni əhatə edən 17 Koordinasiya Şurasının dünya azərbaycanlılarının fəaliyyətini əlaqələndirməsi diqqətə çatdırılıb. 20 ölkədəki 32 Azərbaycan Evinin ardıcıl və məqsədyönlü işləri barədə müfəssəl məlumat verilib, onların soydaşlarımızın sosial, mədəni və iqtisadi həyatlarına necə dəstək verdiyi xatırladılıb. Azərbaycan Evlərinin ikisinin Polşanın Varşava və Krakov şəhərlərində yerləşdiyi və həmin evlərin diaspor quruculuğunun mühüm istiqamətlərini təşkil etdiyi qeyd olunub.

Söhbət zamanı Avropada soydaşlarımızın ən çox yaşadığı ölkənin Almaniyadan sonra Polşada olduğu vurğulanıb. Polşadakı Azərbaycan icmasının fəallığı, yerli cəmiyyətə uğurla inteqrasiyası, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirakı diqqət mərkəzində olub, diaspor fəaliyyətinin davamlılığı üçün ardıcıl və məqsədyönlü iş aparıldığı qeyd edilib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Tomas Mişkeviç Polşada yaşayan azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyasının, onların sosial, mədəni və iqtisadi sahələrdəki aktiv fəaliyyətinin müsbət nəticələrini qeyd edərək, bu prosesin Azərbaycan dövlətinin müdrik siyasətinin göstəricisi olduğunu bildirib. O, Azərbaycanın dini tolerantlıq və multikulturalizm sahəsindəki uğurlarını yüksək qiymətləndirib, ölkəmizin bu sahədə nümunəvi bir model olduğunu ifadə edib.

Polşa Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski ölkələrimiz arasında bir çox istiqamətlərdə, o cümlədən diaspor sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək üçün böyük potensial olduğunu vurğulayıb, təmsil etdiyi ölkədə Azərbaycan icmasının inkişafından məmnunluq ifadə edib.

Görüşdə Polşa müftisi Tomas Mişkeviçə təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim edilib. Qonaq bu mükafatı Azərbaycan dövlətinin ona göstərdiyi böyük etimadın təzahürü kimi dəyərləndirib.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə yekunlaşıb. Hər iki tərəf gələcəkdə əməkdaşlıq sahələrini genişləndirmək və dərinləşdirmək niyyətlərini ifadə edib. Görüş  Azərbaycan və Polşa arasındakı əlaqələrin, xüsusilə diaspor fəaliyyəti sahəsində münasibətlərin daha da güclənməsi baxımından böyük əhəmiyyət daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Aprel 2026 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri