Icma.az
close
up
RU
Diaspor təşkilat rəhbəri Türkiyənin Salzburg şəhəri Baş konsulu ilə görüşüb

Diaspor təşkilat rəhbəri Türkiyənin Salzburg şəhəri Baş konsulu ilə görüşüb

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avstriya Azərbaycanlıları Cəmiyyəti və Salzburg Azərbaycan Evinin rəhbəri Fərid Əzizov, Türkiyənin Avstriyanın Salzburg şəhəri Baş Konsulu, hörmətli Şükriyə Bayarı yeni təyinatı münasibətilə ziyarət edib.

Avstriya Azərbaycanlıları Cəmiyyətindən xalqcebhesi.az-a verilən məlumata görə, görüş Türkiyə Respublikasının Salzburg Baş Konsulluğunda səmimi və mehriban atmosferdə baş tutub. Görüşün əsas məqsədi iki qardaş xalq arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, Avstriyada yaşayan Azərbaycan icmasının fəaliyyəti və gələcək planları barədə fikir mübadiləsinin aparılması olub.

Fərid Əzizov çıxışında Salzburg və ətraf bölgələrdə yaşayan azərbaycanlıların salamlarını və xoş arzularını xanım konsula çatdırıb. O, rəhbərlik etdiyi Salzburg Azərbaycan Evinin və Avstriya Azərbaycanlıları Cəmiyyətinin son illərdə həyata keçirdiyi layihələr, mədəni tədbirlər, eləcə də maarifləndirici və ictimai fəaliyyətlər barədə geniş məlumat verib.

Qeyd olunub ki, artıq 8 ildir Avstriyada fəaliyyət göstərən Azərbaycan diasporu, ölkəmizin tarixi, mədəniyyəti və milli dəyərlərinin təbliği istiqamətində ardıcıl işlər aparır. Fərid Əzizov vurğulayıb ki, Avstriyada yaşayan soydaşlarımız Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması, xüsusilə də Qarabağ Zəfərinin əhəmiyyətinin izahı sahəsində mühüm təşəbbüslər həyata keçirirlər.

Öz növbəsində, hörmətli Şükriyə Bayar Azərbaycan nümayəndə heyətini səmimi şəkildə salamlayaraq, təyinatı münasibətilə göstərilən diqqətə görə təşəkkür edib. Xanım Konsul Azərbaycan və Türkiyənin ortaq milli-mənəvi köklərə, tarixə və dəyərlərə sahib olduğunu vurğulayaraq, bu dəyərlərin Avropada birlikdə təmsil olunmasının mühüm əhəmiyyət daşıdığını bildirib.

“Azərbaycan və Türkiyə xalqları tarix boyu bir-birinə qardaş olmuş, sevincli və çətin günlərdə daim bir-birinin yanında dayanmışdır. Bu birliyi Avropada yaşayan hər bir soydaşımız, hər bir türk və azərbaycanlı layiqincə nümayiş etdirməlidir. ‘İki dövlət, bir millət’ prinsipi bizim fəaliyyətimizin əsasını təşkil edir”, – deyə xanım Şükriyə Bayar qeyd edib.

Konsul həmçinin yaxın gələcəkdə Salzburg və ətraf bölgələrdə bir sıra ortaq mədəni, ədəbi və ictimai tədbirlərin keçirilməsinin planlaşdırıldığını vurğulayıb. O, bu tədbirlərin iki qardaş xalqın həmrəyliyini, mədəni yaxınlığını və birliyini daha da gücləndirəcəyini bildirib.

Görüşün sonunda Azərbaycan xalqının Zəfər rəmzi sayılan “Xarı Bülbül” nişanı xanım konsula təqdim olunub. Bu simvol Qarabağ Zəfərinin və Azərbaycan xalqının əzmkar ruhunun təcəssümü kimi xüsusi rəmzi məna daşıyır.

Təqdimat zamanı Fərid Əzizov vurğulayıb ki, bu nişan Azərbaycan xalqının sarsılmaz iradəsinin, milli qürurunun və qardaş Türkiyəyə olan dərin hörmətinin göstəricisidir.

Görüş səmimi atmosferdə davam edib və qarşılıqlı əməkdaşlıq üçün yeni imkanların dəyərləndirilməsi ilə yekunlaşıb. Sonda Fərid Əzizov göstərilən diqqət və qonaqpərvərlik üçün Türkiyə Respublikasının Salzburg Baş Konsulluğuna dərin minnətdarlığını ifadə edib.

“Bu görüş Azərbaycan və Türkiyə diasporlarının gələcəkdə birgə fəaliyyəti üçün mühüm addımdır. Biz inanırıq ki, qarşılıqlı dəstək və həmrəylik ruhu gələcəkdə daha böyük uğurlara yol açacaq”, – deyə o qeyd edib.

Görüşün sonunda tərəflər xatirə fotosu çəkdiriblər.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Oktyabr 2025 08:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri